HAQQIMIZDA

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (Az.TM) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamıyla yaradılmışdır. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin əlaqələrin dil tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq digər sahələrdə təşkili təkmilləşdirilməsi işinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

 

Mərkəzin fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan tədbirləri həyata keçirən struktur digər qurumlar aşağıdakılardır:

 

1. Rəsmi yazışmalar şöbəsi ölkədaxili beynəlxalq müstəvidə dövriyyədə olan rəsmi sənədlərin, mətn materialların dil tərcümə baxımından keyfiyyətinə nəzarət işini həyata keçirir. Mərkəzə təqdim olunan hazır tərcümə materiallarına ekspert rəyi verir, yaxud dövlət sifarişləri əsasında tərcüməni təmin edir.  

2. Elm, təhsil mədəniyyət şöbəsi elm, təhsil, mədəniyyət, ədəbiyyat digər sahələr üzrə tərcümənin mərkəzləşmiş qaydada təşkili, tənzimlənməsi işini, Azərbaycan ədəbi dilinin müvafiq normalara uyğun şəkildə işlənməsinə nəzarəti həyata keçirir. Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması tədbirlərini, habelə dünya ədəbiyyatının, mədəniyyət elm nümunələrinin Azərbaycan dilinə tərcüməsi vasitəsi ilə ölkədə təbliği proseslərini təşkil edir. Tərcümənin təhsil mərhələsindən başlayaraq təkmilləşdirilməsi, beynəlxalq standartlara normalara uyğun şəkildə təşkili mexanizmlərini qurur. Tərcümə sahəsinin təşkili üzrə nəzərdə tutulan digər işləri, o cümlədən tərcümə peşəsinin səviyyəsinin artırılması istiqamətində müvafiq tədbirləri həyata keçirir. Mərkəzin kitab mətbu nəşrlərinin tərcümə nəşr prosesinə nəzarət edir.     

3. Beynəlxalq əlaqələr şöbəsi Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünyada təbliği mexanizmlərini qurur. Dünyanın aparıcı dil mütəxəssisləri, nəşriyyatları, mədəniyyət mərkəzləri, digər əlaqədar beynəlxalq qurumları ilə əlaqələr yaradır. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə tərcümə peşəkarlığına, tərcümənin nəzəriyyəsinə mədəniyyətinə dair beynəlxalq səviyyəli konfranslar, forumlar, elmi-nəzəri simpoziumlar və s. təşkil edir. Dünyanın aparıcı yazıçılarının, dil tərcümə mütəxəssislərinin ölkəyə işgüzar səfərlərini, habelə respublikada fəaliyyət göstərən tərcümə mütəxəssislərinin xaricdə ixtisasartırma kurslarında təhsilini təşkil edir.

4. Nəşriyyat şöbəsi dünyanın aparıcı nəşriyyatları ilə əlaqələr yaradır, Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatlarının Azərbaycan dilində nəşrini təmin edir. Mərkəzin kitab mətbu nəşrlərinin, həmçinin xarici ölkələrdə nəşr olunacaq Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin nümunələrini çapa hazırlayır. "Xəzər" dünya ədəbiyyatı jurnalının, "Aydın Yol" ədəbi-ictimai qəzetinin əlavə nəşrlərinin çapını təşkil edir.

5. Elmi-Bədii Şuraictimai əsaslarla fəaliyyət göstərir.

Elm, təhsil, ədəbiyyat, mədəniyyət sahəsi üzrə dünya müstəvisinə çıxarılacaq ədəbiyyatların seçimini müəyyənləşdirir, Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulan ədəbi, elmi əsərlərin, dil tədris vəsaitlərinin müzakirəsini təşkil edir. Mərkəzin elm, təhsil, ədəbiyyat üzrə tərcüməsi nəşri nəzərdə tutulan əsərlərin rüblük, illik tematik planlarını təsdiq edir.

6. Ekspert Şurasıictimai əsaslarla fəaliyyət göstərir.

Dil tərcümənin keyfiyyətinin təyini üzrə Mərkəzə təqdim olunan mətn materialların, tərcümənin müxtəlif sahələri üzrə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirməsi işini həyata keçirir.

7. “Xəzər” dünya ədəbiyyatı jurnalı müasir dünya ədəbi proseslərini mütəmadi şəkildə işıqlandırır. Dünyanın aparıcı ədəbi simalarının əsərlərinin, həyat yaradıcılıqlarına dair məlumatların tərcüməsini nəşrini həyata keçirir. Bədii tərcümənin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür, bədii tərcümə sahəsi üzrə gənc kadrların yetişməsinə imkan verən rubrikalar yaradır, bədii tərcümənin özəlliyinə, texnikasına, nəzəriyyəsinə dair mətn materiallara yer ayırır.

8. "Aydın Yol" qəzeti həftəlik ədəbi-ictimai qəzet.

Azərbaycan dünya ədəbiyyatının nümunələrini, tanınmış ədəbi simaların həyat yaradıcılığını işıqlandırır. Azərbaycan dilinin norma qaydalara uyğun şəkildə işlədilməsinə nəzarət edir, dil tərcümə mədəniyyətinin nəzəri sahəsinə dair materiallara, ədəbi, elmi, publisistik əsərlərə səhifələrində yer ayırır. Ədəbi-bədii, elmi, publisistik ədəbiyyatların, dərsliklərin, habelə dil tərcümənin işləndiyi digər ədəbiyyatların dil, məzmun tərcümə baxımından keyfiyyətini təhlil edir, efir, dublyaj, reklam, küçə lövhələri digər bu kimi ictimai-kütləvi sahələrdə baş verən dil tərcümə pozuntuları aşkara çıxarıb bu səpkili materialları dərc edir.

9. Ümumi şöbə

10. Mühasibat

11. Təsərrüfat şöbəsi

 

 

Mərkəzin tarixi haqqında qısa məlumat

 

Respublika Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzi Azərbaycan Respublikası Nazirlər Sovetinin 1989-cu il, 6 mart 113 nömrəli Fərmanıyla sovet dünya xalqları ədəbiyyatının ən yaxşı nümunələrini SSRİ xarici ölkə xalqlarının dillərinə çevirib nəşr etmək, təbliğini həyata keçirmək məqsədi ilə yaradılıb.

Mərkəzin ilk sədri 1991-ci ildə faciəvi şəkildə avtomobil qəzasında həlak olmuş istedadlı türkoloq-alim, millət vəkili Aydın Məmmədov olub. 1991-ci ilin 13 iyun tarixindən 2014- ilin 16 may tarixinədək Mərkəzə yazıçı-tərcüməçi Afaq Məsud rəhbərlik edib.

Ölkənin ağır siyasi-ictimai dönəmində (müharibə, siyasi, iqtisadi böhran) özünümaliyyələşdirmə qurumu kimi təsis edilmiş Mərkəz bu illər (1989-2014) ərzində öz qüvvəsi ilə yüzlərlə aparıcı dünya ədəbiyyatlarının, Quranın, İncilin, dünya ədəbi fikrinin Frans Kafka, Qabriel Qarsia Markes, Uilyam Folkner, Tomas Vulf, Cerom Selincer, Aleksandr Soljenitsın, Akutaqava Rünoske digər bu kimi simalarının əsərlərinin ilk dəfə Azərbaycan dilinə tərcüməsini, çoxminlik oxucu auditoriyası toplamış "Xəzər" dünya ədəbiyyatı jurnalının, həftəlik "Yol" tərcümə ədəbiyyatı bülleteninin nəşrini həyata keçirib.