Tərcümə Mərkəzi növbəti beynəlxalq kitab sərgisində
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil mütəxəssisləri – Qəmər Alxanova və Kəmalə Ələkbərova Türkiyənin İstanbul şəhərində keçirilən CNR Beynəlxalq Kitab Fuarında iştirak ediblər. Mərkəzin əməkdaşları Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin “Müqayisəli tərcümə” adı altında təşkil etdiyi müzakirədə məruzəylə çıxış ediblər.
Məruzələrdə hər iki ölkənin dünya ədəbiyyatından olunan tərcümələr, Tərcümə Mərkəzinin fəaliyyəti, bu günə qədər Azərbaycan dilinə Türkiyə türkcəsindən edilən uyğunlaşdırmalar və hər iki ölkənin ədəbi əsərlərinin tərcümə perspektivləri işıqlandırılıb. Daha sonra Mərkəzin fəaliyyəti əks etdirilən videoçarx nümayiş etdirilib.
Tədbirdə Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin Kitabxanalar və Nəşriyyatlar idarəsinin icraçı direktoru Həmdi Turşucu Tərcümə Mərkəzinin fəaliyyətinin təqdirəlayiq olduğu barədə fikirlərini bildirməklə yanaşı, qurumlararası sıx əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.
Sərgi müddətində Tərcümə Mərkəzinin nəşr etdiyi kitablar, kataloqlar, “Xəzər” jurnalının yeni sayları nümayiş etdirilib. Nəşrlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...