Tərcümə Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilib

Tərcümə Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi Şurasının növbəti toplantısı baş tutub. Toplantıda “Ölkənin ali təhsil ocaqlarında tərcüməçilik ixtisasının tədrisi” mövzusunda müzakirələr aparılıb. Tərcümə sahəsində yaşanan problemlər, tərcümə ixtisasına yiyələnmək üzrə olan qabiliyyətli tələbələrin, təhsilini yarıda kəsib xarici ölkələrdə davam etdirməsi, tərcüməçilik ixtisası tədrisinin yenidən, beynəlxalq standartlara uyğun şəkildə qurulması, sinxron və ikinci dilin tədrisi üzrə təhsil bazasının yaradılması, professor-müəllim heyətinin xarici ölkələrdə ixtisasartırma təhsilinə cəlb edilməsi, Azərbaycan dili və ədəbiyyatı fənlərinin yazılı və şifahi tədrisinin zəruriliyi, ölkənin bütün  sahələrində anlaşılmazlıq və xətalar törədən tərcüməçilərin müvafiq qurumun xüsusi razılığı əsasında fəaliyyət göstərməsinin vacibliyi və sair bu kimi məsələlərə toxunulub.

Tədbirdə Mərkəzin Elmi Şurasının sədri, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Şuranın üzvləri – Azərbaycanın Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, ADU-nun rektoru Səməd Seyidov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Turizm Universitetinin rektoru Cəfər Cəfərov, Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali Təhsil İdarəsinin müdiri Natiq Əliyev, professor Vilayət Hacıyev və başqaları iştirak ediblər.

İclas haqqında geniş material “Aydın Yol” qəzetinin növbəti sayında nəşr olunacaq. 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...