Tərcümə Mərkəzi XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

Tərcümə Mərkəzi XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti Rusiyada keçirilən XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir. Sərgidə 400-dən artıq rus, 50-dən çox xarici ölkə nəşriyyatlarının, poliqrafiya müəssisələrinin məhsulları ilə yanaşı Mərkəzin nəşrləri də nümayiş etdirilir.

Açılış günü milli stendi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ziyarət edib  və nəşrlərimizlə yaxından tanış olublar. "Bu səviyyəli sərgilər Azərbaycanın kitab müstəvisində baş verənlərin dünya oxucusuna təqdim olunmasında bir pəncərə rolunu oynayır." - deyən Tərcümə Mərkəzinin Aparat rəhbəri Yaşar Əliyev Sərgi çərçivəsində yeni və önəmli əlaqələrin də qurulduğunu bildirib.

Sentyabrın 6-a qədər davam edəcək sərgidə maraqlı tədbirlərin düzəniləcəyi, məşhur şair və yazıçılarla görüşlərin keçiriləcəyi də nəzərdə tutulur.

 

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.