"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxdı
"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (2/2016) sayı nəşr olunub.
Jurnalın bu sayında:
* "Nobel kürsüsü" rubrikasında – Nəcib Məhfuzun Nobel nitqi və hekayələri;
* “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanı;
* “Məktub” rubrikasında Con Steynbekin yazışmaları;
* “Hekayə” rubrikasında Filip Rotun “Mövhumatçı” hekayəsi;
* ”Poeziya” rubrikasında İqor Pavlyukun şeirləri;
* “Klassik hekayələr” rubrikasında Çinua Açebanın “Şirin bala”, Amos Oz “Küləyin yolu”, Misimanın “Vətənpərvərlik” adlı hekayələri
* “Esse” rubrikasında Henri Millerin “Yazıçılıq haqqında düşüncələr”i;
* “Türk dünyası” rubrikasında Camal Şakar “Günəş” və “Səslər”, Osman Çeliksoyun “Atamı gördüm” hekayələri;
* “Magik roman” rubrikasında Alvaro Kunkeronun “Musiqiçinin qeydləri” əsərindən bir parça;
* “Teatr” rubrikasında Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” adlı qeydləri;
* Ədəbi mozaika
və digər maraqlı yazılar yer alır.
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.