Vilayət Hacıyev Avstriyanın fəxri ordeni ilə təltif olunub

Vilayət Hacıyev Avstriyanın fəxri ordeni ilə təltif olunub

Bu günlərdə Avstriya Federal Prezidenti Avstriyanın federal Elm, Tədris və İqtisadiyyat nazirinin təqdimatı əsasında Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, Avstriya Kitabxanasının elmi rəhbəri, dosent Vilayət Hacıyevi Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edib.

2013-cü ildə Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi də V.Hacıyevi F.Kafkanın “Məhkəmə” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə “Tərcümə mükafatı”na layiq görmüşdü.

Vilayət Hacıyev Azərbaycanın müasir tərcüməçilik məktəbinin yaradıcılarından biridir. Almandilli ədəbiyyatın mükəmməl bədii tərcümədə Azərbaycan oxucusuna çatdırılmasında böyük xidmətləri var. Minlərlə oxucu auditoriyası qazanmış  H.Hesse, H.Böll, Z.Lents, F.Dürrenmatt, F.Kafka və bu kimi dünya ədiblərinin əsərləri Vilayət Hacıyev tərəfindən uğurla dilimizə tərcümə edib.

 

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...