Azərbaycan Tərcümə Mərkəzi İstanbul Kitab Fuarına qatılacaq
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi cari ilin 8-16 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək XXXIII Beynəlxalq İstanbul Kitab Fuarına qatılacaq.
AZTM artıq iştirak üçün qeydiyyatdan keçib və bundan sonra hər il fuara rəsmi şəkildə dəvət alacaq. Fuarda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrləri xüsusi stenddə nümayiş etdiriləcək. Eləcə də, Mərkəzin fuarda iştirak edən nümayəndə heyəti bir sıra nəşriyyat və tərcümə qurumları ilə qarşılıqlı əməkdaşlıq barədə görüşlər keçirəcək.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...