“Xəzər” dünya ədəbiyyatı jurnalı çapdan çıxıb

“Xəzər” dünya ədəbiyyatı jurnalı çapdan çıxıb

 Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görüb.

Dərgi Nobel mükafatçısı Elis Manronun müsahibəsi (tərc. Elcan Salmanqızı) və “Qismət” hekayəsi (tərc. Yaşar) ilə açılır.
“Qızıl dövrün şairləri” rubrikasında Ramiz Rövşənin tərcüməsində Aleksandr Sergeyeviç Puşkinin “Dərsliklərdə olmayan şeirlər”i ilə tanış ola bilərsiniz. Zakir Fəxri Amerika şairləri Riçard Brotiqan, Dayana di Prima və Robinson Ceffersinin poeziyasından nümunələri təqdim edir. Afaq Məsudun tərcüməsində “Xilas yolunun yolçuları” və  “Müqəddəslər və onların söylədikləri”ni oxuya bilərsiniz.
Nəsr bölməsində isə görkəmli Argentina yazıçısı Ernesto Sabatonun “Tunel” (tərc. Saday Budaqlı), fransız yazıçısı Marsel Prustun “Svana doğru” (tərc. Z.Sarıtorpaq) romanından parça, E.Heminquey (tərc.M.Qarayev) və Ruben Bareyronun (tərc. S.Budaqlı) hekayələri verilib. Türkiyə yazıçısı Orxan Pamukun “Mənzərədən parçalar” esselər kitabından bir hissəni oxuculara Fərid Hüseyn təqdim edir.
Jurnalda həmçinin “Aforizmlər və sitatlar”, “Yazıçı yazıçı haqqında”, “Duyğular, düşüncələr”, “Türk qardaşlarımız”, “Debüt” rubrikalarında bir sıra başqa maraqlı materiallarla tanış ola bilərsiniz.
Xatırladaq ki, “Xəzər” jurnalı 1989-cu ildən nəşr olunur. Hal-hazırda, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir.
Jurnalda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, onların yaradıcılığı, həmçinin memuarlar, gündəliklər, müsahibələr və s. ədəbi materiallar peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilərək oxuculara təqdim edilir.
Son illər maddi sıxıntılar səbəbindən dövriliyində fasilələr yaranmış jurnalın bu il 2, gələn ildən isə il ərzində 4 sayının çapı nəzərdə tutulur.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.