“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nəşr olundu

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nəşr olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” işıq üzü görüb.

Sözlük – Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də dilimizə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə tərtib edilib.

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün əsas fərqli cəhətləri – yazılışı əvvəlki orfoqrafiya lüğətlərində iki, bəzən üç variantda yer almış söz və terminlərin, eləcə də qüsurlu sözlərin vahid düzgün yazılış qaydası ilə verilməsi, işləkliyini itirmiş, lakin sahələr üzrə əhəmiyyətini saxlamış qədim sözlərin, oxşarköklü sözlərin yenidən işləklik qazanması, düzgün anlanması və tətbiqi məqsədi ilə izahlarla verilməsi, həmçinin əvvəlki orfoqrafiya lüğətlərində yer almamış mindən çox saf Azərbaycan sözlərini, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış xeyli sayda terminləri özündə cəmləməsidir.

Kitabın tərtibçisi Mərkəzin direktoru Afaq Məsud, redaktoru AMEA-nın həqiqi üzvü Nizami Cəfərovdur. 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...