E L A N

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (AzTC) dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması (müqavilələr əsasında əməkdaşlıq məqsədi ilə) üzrə seçim turları təşkil edir.
Turlarda ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə dil və tərcümə qabiliyyətinin yoxlanılması, mütəxəssislərin sertifikatlaşdırılması nəzərdə tutulur.
Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər fevral ayının 20-dək Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir.
Qeydiyyat üçün tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. 2 ədəd (3x4) fotoşəkil;
3. CV
Qeyd: Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir.
Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 123)
DİGƏR MƏQALƏLƏR
-
Əlimərdan bəy Topçubaşov haqqında kitabın onlayn versiyası təqdim edildi
Azərbaycan Tərcümə Mərkəzinin son nəşrlərindən olan “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq – Əlimərdan bəy Topçubaşov” kitabının onlayn versiyası...
-
Azərbaycan Tərcümə Mərkəzinin Seçim Turları davam edir
Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə mütəxəssislərin müəyyən edilməsi...
-
Alberto Moravianın “Çoçara” kitabı Azərbaycan dilində
Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli italyan nasiri Alberto Moravianın “Çoçara” kitabı...