Ukrayna yazıçıları Tərcümə Mərkəzində

Ukrayna yazıçıları Tərcümə Mərkəzində

İyunun 6-da Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenkonun başçılığı ilə  Ukrayna yazıçıları heyəti Tərcümə Mərkəzində olub.

Görüş zamanı son illər Azərbaycan – Ukrayna ədəbiyyatları arasında qurulan sıx əlaqələrdən, ötən il Ukraynada işıq üzü görmüş "Müasir Azərbaycan poeziyası", həmçinin Azərbaycanda nəşr edilmiş “Ukrayna ədəbiyyatı antologiyası”ndan söz açılıb, bu nəşrlərin xalqlar arasında dostluq və qardaşlıq tellərinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətindən danışılıb. 

Azərbaycanda ilk dəfə qonaq olan Ukrayna yazıçıları Bakının müstəsna gözəlliyindən, Ukrayna – Azərbaycan xalqları arasında doğmalığın dərin köklərindən danışaraq, mövcud ədəbi əlaqələrin hər iki ölkənin ədəbiyyatına misilsiz töhfələr verdiyini bildiriblər. 

Sonda yazıçılar qədim Kiyev memarlıq mədəniyyətinə həsr olunmuş nəfis tərtibli “Kiyev Sofiyası” kitabını  Mərkəzə hədiyyə ediblər.   

 

 

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...