Azərbaycan poeziyası Belarusda
Azərbaycan Tərcümə Mərkəzinin növbəti beynəlxalq nəşri – XX əsr Azərbaycan poeziyasının mənzərəsini əks etdirən “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” (poeziya) kitabı Belarusda işıq üzü görüb.
Milli poetik fikrin Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Kərim, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Fikrət Qoca, Musa Yaqub, Vaqif Səmədoğlu, Abbas Abdulla, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Adil Mirseyid, Rüstəm Behrudi, Salam Sarvan kimi simalarının əsərləri toplanan kitabı Belarus dilinə tanınmış Belarus şairləri T.Sivets, H.Qalparoviç, Y.Aleyçanka, V.Raduk, Y.Mastak və V.Vaşcanka tərcümə edib.
Azərbaycan və Belarus ədəbi münasibətləri tarixində ilk hadisə olan bu nəşr Belarusun “Zvyazda” nəşriyyatı tərəfindən çap olunub.
Kitabın tərtibçisi T.Sivets, redaktoru V.Katseviçdir.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...