İmadəddin Nəsimi yaradıcılığı Belarus ədəbi portalında

İmadəddin Nəsimi yaradıcılığı Belarus ədəbi portalında

Belarusun məşhur “Cозвучие” (http://sozvuchie.by/poeziya/item/4157-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-imadeddin-nasimi.html) ədəbi portalı Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinə, eləcə də həyat və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.

Məlumatda deyilir: «Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi həyatını ilahi həqiqət və insan kamilliyi yollarının axtarışına həsr etmiş dahi şəxsiyyətdir. İnsan fəlsəfəsinin hüdudları, intellektual imkanları, şüurun insan təkamülündə rolu, iç dünyasından sızan İlahi nur şairin yaradıcılığının əsas qayəsi, ana xəttidir”.

Qeyd edək ki, bir qədər əvvəl portal “Поэзия Азербайджана” adlanan bu rubrika altında dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin şeirlərinə və yaradıcılıqlarına həsr olunmuş materiallara geniş yer ayırmışdı.

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.