“Latın Amerikası romanı” çap olundu

“Latın Amerikası romanı” çap olundu

“Tərcümə Mərkəzinin Kitabları” seriyasından növbəti nəşr  – “Latın Amerikası romanı” kitabı işıq üzü görüb.
Kitaba Xuan Karlos Onettinin (1909-1994, Uruqvay) “Girdab”, Ernesto Sabatonun (1911-2011, Argentina) “Tunel”, Qabriel Qarsia Markesin (1928-2014, Kolumbiya) “Mənim küskün gözəlçələrim”, Mario Varqas Lyosanın  (1936, Peru) “Küçüklər” romanı daxil edilib.
Ayrı-ayrı ölkələri təmsil edən, hər biri özünəməxsusluğu ilə seçilən bu yazıçılar ayrı-ayrı üslublarda yazıb-yaratsalar da eyni bir məqamı – gerçəkliklə xəyal arasında sərhədlərin itdiyi yeni insan nəslinin tarixini qələmə alıblar.
Kitabın tərcüməçisi istedadlı nasir, tərcüməçi Saday Budaqlıdır.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...