Fevralın 5-də Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dimitrios Tsounqas Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kitabxanasında olub
Fevralın 5-də Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Dimitrios Tsounqas Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kitabxanasında olub. Səfir 30 cildlik 20-ci əsr Yunan ədəbiyyatı antologiyası, qədim yunan fəlsəfəsinə və ədəbiyyatına dair kitabları, məcmuə və suvenirləri kitabxanaya hədiyyə edərək, bu nəşrlərin yunan ədəbiyyatının ən aparıcı ədiblərinin əsərlərinin tərcüməsinə, Azərbaycan oxucusuna çatdırılmasına geniş imkanlar yaradacağını bildirib. Səfir, həmçinin, Mərkəzi bu ilin may ayında Solonikidə baş tutacaq Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət edib.
VƏ DİGƏR...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...