Məşhur rus yazıçısı Yuri Trifonovun “Seçilmiş əsərləri” işıq üzü görüb

Məşhur rus yazıçısı Yuri Trifonovun “Seçilmiş əsərləri” işıq üzü görüb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında  Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi Yuri Trifonovun  “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Kitaba yazıçının “Qoca” romanı, “Göbələkli payız”, “Göyərçin ölümü”, “Vera və Zoyka”, “Toranlıqda oyun” kimi, məşhur hekayələri daxil edilib.

Yazıçının müxtəlif illərdə qələmə aldığı “Tələbələr” povesti,  “Çay kənarında ev”, “Tonqal şöləsi”, “Səbirsizlik”, “Başqa həyat”, “Qoca” romanları hələ 50-ci illərdə müəllifinə geniş oxucu sevgisi qazandırıb.

1951-ci ildə “Tələbələr” povestinə görə Yuri Trifonov Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, kitab Yuri Trifonovun Azərbaycanda nəşr olunan ilk əsərlər toplusudur.

Əsərləri dilimizə Zahid Sarıtorpaq çevirib.

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...