“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (3/2017) sayı nəşr olunub.
Jurnalın bu sayında:
* “Çağdaş Avstriya nəsri” rubrikasında – Peter Handkenin “Solaxay qadın” romanı;
* “Azərbaycan ədəbiyyatı” rubrikasında – Şahmarın “Qoyungöz” hekayəsi;
* “Buker mükafatı laureatları” rubrikasında – Kazuo İşiquronun “O günlərdən qalanlar” romanı;
* “Fransız simvolizmi” rubrikasında – Ş.Bodler, P.Verlen, A.Rembonun şeirləri;
* “Klassik tərcümələr” rubrikasında – Natiq Səfərovun çevirməsində Con Steynbekin “Basqın” hekayəsi;
* Ezra Paundun “Keçmişə baxış və edilməməli bəzi şeylər” essesi;
* “Rumın ədəbiyyatı” rubrikasında – Mirça Kertereskunun hekayələri;
* “Korifeylər” rubrikasında – Toni Morrisonun “Evə qayıdış” romanı və s. maraqlı yazılar yer alıb.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...