Ukrayna yazıçıları Tərcümə Mərkəzində
İyunun 6-da Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenkonun başçılığı ilə Ukrayna yazıçıları heyəti Tərcümə Mərkəzində olub.
Görüş zamanı son illər Azərbaycan – Ukrayna ədəbiyyatları arasında qurulan sıx əlaqələrdən, ötən il Ukraynada işıq üzü görmüş "Müasir Azərbaycan poeziyası", həmçinin Azərbaycanda nəşr edilmiş “Ukrayna ədəbiyyatı antologiyası”ndan söz açılıb, bu nəşrlərin xalqlar arasında dostluq və qardaşlıq tellərinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətindən danışılıb.
Azərbaycanda ilk dəfə qonaq olan Ukrayna yazıçıları Bakının müstəsna gözəlliyindən, Ukrayna – Azərbaycan xalqları arasında doğmalığın dərin köklərindən danışaraq, mövcud ədəbi əlaqələrin hər iki ölkənin ədəbiyyatına misilsiz töhfələr verdiyini bildiriblər.
Sonda yazıçılar qədim Kiyev memarlıq mədəniyyətinə həsr olunmuş nəfis tərtibli “Kiyev Sofiyası” kitabını Mərkəzə hədiyyə ediblər.
Qalereya
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...