London dərgisi “Azərbaycan hekayələri”ndən yazdı

London dərgisi “Azərbaycan hekayələri”ndən yazdı

Böyük Britaniyanın “EU today” jurnalı (https://eutoday.net/news/culture/2018/short-stories-from-azerbaijan-in-one-volume) Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri, həmçinin yaxın günlərdə Londonun Britaniya Kitabxanasında təqdimat mərasimi keçirilmiş “Azərbaycan hekayələri” kitabı ilə bağlı məqalə yerləşdirib.

Məqalədə deyilir: “Azərbaycan Tərcümə Mərkəzi və “Hertfordshire Press” nəşriyyatı tərəfindən ərsəyə gətirilmiş 28 hekayədən ibarət “Azərbaycan hekayələri” antologiyasının təqdimat mərasimi iyun ayının 15-də, başqa yerdə deyil, məhz möhtəşəm ədəbiyyat tədbirlərinə ev sahibliyi edən Britaniya Kitabxanasında baş tutdu.

Əsərləri kitaba daxil edilmiş müəlliflərin bir çoxu ingilis oxucusuna tanış olmasa da, kitab böyük maraqla qarşılandı. Tanımadığın müəllifin əsərini aşkar etmək hər zaman insana böyük zövq verir. Bu antologiya isə bizə bu cür 28 gözəl fürsət bəxş edir. İngilis oxucusu hər zaman hekayə janrına üstünlük verib. Dikkens, Morrison, Konan-Doyl, Herbert Corc Uells kimi dahilər də məhz bu kütləvi oxucu marağı səbəbindən çox vaxt hekayə janrına üz tutublar”. 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.