Tanınmış Meksika yazıçısı Tərcümə Mərkəzində

Tanınmış Meksika yazıçısı Tərcümə Mərkəzində

Noyabrın 25-də tanınmış Meksika yazıçısı David Toskana və Meksikanın Azərbaycandakı səlahiyyətli səfiri, cənab  Xuan Rodriqo Labardini Flores Tərcümə Mərkəzində olublar. Görüş zamanı yazıçının yaradıcılığı, 2012-ci ildə nəşr olunmuş “Sonuncu oxucu” əsəri ətrafında fikir mübadiləsi aparılıb, bir çox dünya dillərinə çevrilmiş əsərin Azərbaycanda tanıdılması məqsədilə tərcüməsi və nəşri, eləcə də Meksika–Azərbaycan ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində perspektiv layihə müzakirə edilib.

David Toskana:

1961-ci ildə Monterrey şəhərində anadan olub;

“Tula stansiyası” (1995), “Sirkin müqəddəs Məryəmi” (1998), “Lontananza” (1997), “Migel Pruneda acısı” (2002), “Sonuncu oxucu” (2005), “Parlaq ordu” (2006), “Königsberg körpüləri” (2009), “Şeytan aparan şəhər” (2012), “Evanxelia” (2016), “Oleqaroy” (2017) kimi romanların müəllifidir;

“Sonuncu oxucu” romanı İspaniyanın Antonin ArtaudXose Fuentes Mares mükafatlarına layiq görülüb;

“Parlaq ordu” əsəri Amerika Evinin Xose Mariya Arqedas mükafatını; “Oleqaroy” əsəri Elena Poniatovska adına Latın Amerikası mükafatını və Xavyer Viyaurrutia mükafatını qazanıb; əsərləri dünyanın on dörd dilinə tərcümə olunub.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.