“Dövlət Tərcümə Mərkəzi – 2014–2019-cu illər” kataloqu nəşr olunub
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin beşillik (2014–2019-cu illər) fəaliyyətini əks etdirən “Dövlət Tərcümə Mərkəzi – 2014–2019-cu illər” adlı tanıtım-kataloqu işıq üzü görüb. Kataloqa qurumun son beş ildə ərsəyə gətirdiyi yerli və beynəlxalq layihələr – dövlət dilindən istifadə, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, tədris, lüğətçilik, KİV, dublyaj, nəşriyyat və s. sahələrdə dil və tərcümənin tətbiqi üzrə aparılan monitorinqlər, dünya ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirilən tədbirlər, görüş və təqdimatlar, Azərbaycan ədəbiyyatı nümunələrinin, eləcə də Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması ilə bağlı internet məkanında görülən işlər və digər materiallar daxil edilib. Geniş məlumatlar və fotolarla tərtib olunmuş kataloq son beş ildə Mərkəz tərəfindən həyata keçirilən işlərin ümumi mənzərəsini əks etdirməklə yanaşı, qurumun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...