Azərbaycan–Ukrayna ədəbi əlaqələri genişlənir

Azərbaycan–Ukrayna ədəbi əlaqələri genişlənir

Fevralın 19-da Ukraynanın Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Vladislav Kanevski Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Ukrayna ədəbi əlaqələri istiqamətində Mərkəz tərəfindən ərsəyə gətirilən tərcümə və nəşr layihələri –­ Azərbaycan dilinə tərcümə edilərək Bakıda nəşr olunmuş çağdaş Ukrayna şeiri antologiyası “Kişi, qadın və çətir”, ukrain dilində Ukraynada işıq üzü görmüş “Müasir Azərbaycan poeziyası” antologiyası, tanınmış Ukrayna nasirləri Vladimir Danilenko  Nikolay Xomiçin Azərbaycan dilində Azərbaycanda işıq üzü görmüş “Qürub çağının işığında”“Sərdabənin sirri” kitablarından, eləcə də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq ukrain dilinə çevrilərək Kiyevdə işıq üzü görmüş “İ şlyaxom İstini postav ya sam...” (“Haqq yolu mən özüm oldum”) kitabından söz açılıb. Daha sonra Ukrayna–Azərbaycan ədəbiyyatı mübadilələri üzrə 2020–2025-ci illərdə nəzərdə tutulan perspektiv layihələr, Azərbaycan ədəbiyyatının Ukrayna sosial şəbəkələrində yayınlanması və digər əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonağa İmadəddin Nəsiminin Ukraynada işıq üzü görmüş “İ şlyaxom İstini postav ya sam...” kitabı hədiyyə edilib.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.