Azərbaycan poeziyası Rusiyanın ədəbi jurnalının səhifələrində
Rusiyanın populyar “Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb. Bu sıradan Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Ayrılıq”, “Nekroloq”, Xalq şairi Vaqif Səmədoğlunun “Qaya”, tanınmış şair-tərcüməçilər Vladimir Qafarovun “Köhnə körpünün yanında” və Mənsur Vəkilovun “Azərbaycan”, “Bu yeni fikir deyil” şeirləri rus dilində jurnalın aprel nömrəsində işıq üzü görüb.
Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri – Vladimir Luqovoy, Vladimir Portnov, Vladimir Qafarov və Nadiyə Qafarova tərcümə edib.
Keçid linkləri: https://webkamerton.ru/2020/04/posledniy-krik-posledniy-vzdokh https://webkamerton.ru/2020/04/raskryvay-zhe-okno https://webkamerton.ru/2020/04/ya-klyanchit-ne-privyk-u-boga |
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...