Nəbi Xəzri yaradıcılığı Türkiyənin ədəbiyyat portalında
Türkiyənin məşhur Erikagacioyku.com (Alça ağacı hekayə saytı) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin türk dilinə tərcümə edilmiş “İki səs”, “Dəniz... Səma... Məhəbbət” kimi şeirlərinin yayınına başlayıb.
2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıracaq “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Nəbi Xəzrinin yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.
Bölmənin, klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.
Keçid linki: |
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...