Azərbaycan ədəbiyyatı Rusiya mətbuatında
Rusiyanın populyar “Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzi-nin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.
Jurnalın iyul sayında Azərbaycanın Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş “Ata ocağı”, Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün “Atamın əlləri” və tanınmış şair Əliağa Kürçaylının “Etiraf” şeirləri təqdim edilib.
Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri – Vladimir Portnov və Vladimir Qafarov tərcümə edib.
Keçid linki: |
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...