Azərbaycan hekayəsi Gürcüstan ədəbiyyat portalında

Azərbaycan hekayəsi Gürcüstan ədəbiyyat portalında

 

Gürcüstanın populyar arilimag.ge elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədovun gürcü dilinə tərcümə edilmiş “Dənizdən gələn səda” hekayəsinin yayınına başlayıb.

2008-ci ildən fəaliyyət göstərən portal mütəmadi olaraq səhifələrində Qustav Flober, Tomas Eliot, Alber Kamyu, İosif Brodski,  Mario Varqas Lyosa, Zbiqnev Herbert,  Magda Novakovski, Silviya Plat kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.

Portalın baş redaktoru – tanınmış gürcü yazıçısı Malxaz Xarbediadır.

 

 

 

Keçid linki:

http://arilimag.ge/

 

 

 

VƏ DİGƏR...

  • “Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab Festivalında “Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab Festivalında

    IV Dnepr Beynəlxalq Kitab Festivalında (“Dnepr Book Space”) dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu il Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimatı keçirilib.

  • “Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında “Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında

    Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu il ukrain dilində Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının Kiyev Beynəlxalq Kitab Festivalında (“Kyiv Book Art Fest”) təqdimatı keçirilib.

  • Nizami Gəncəvi yaradıcılığı Gürcüstan ədəbiyyat portalında Nizami Gəncəvi yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

    Gürcüstanın populyar “İverioni” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar gürcü dilində Tbilisidə işıq üzü görmüş “Leyli və Məcnun” kitabı haqqında məlumata və əsərə yazılmış Ön sözə səhifə ayırıb.