“Leyli və Məcnun” operası xarici KİV-də
Misirin məşhur albraq-news.com, dmcnews.org, yaf3press.net, alwasela.com, albidda.net, news-sinaa.com, Ukraynanın kievinform.com, buta.in.ua, İranın tabrizema.ir, “Qalampress.ir”, Suriyanın “Alhewarpress.com” portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri virtual aləmdə” layihəsi çərçivəsində müxtəlif dillərdə hazırladığı “Müsəlman Şərqinin ilk operası – Leyli və Məcnun” tanıtım videoçarxının ərəb, ukrain və fars dilində yayınına başlayıb.
Videoçarxda dünya musiqisi tarixinə müsəlman Şərqinin ilk operası kimi daxil olmuş əsərin müəllifləri – böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli və dahi Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı məlumatlarla yanaşı, bu sənət şedevrinin yaranma tarixçəsindən də bəhs edilir.
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...