Afaq Məsudun dünya yazıçılarına müraciəti xarici KİV-də

Afaq Məsudun dünya yazıçılarına müraciəti xarici KİV-də

Ukraynanın “Kievinform” informasiya agentliyi,  Misirin populyar “Əl-Vəsilə”, “Dmc nyus”, “Əl-Bərraq nyus”, İraqın “İraq nyus”, İspaniyanın "Turaz.es", Türkiyənin "Ayb.org.tr"  xəbər portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun dünya yazıçılarına müraciətinin ingilis, ərəb və ukrain dillərində yayınına başlayıb. Müraciətdə işğalçı ermənilərin uzun illər boyu Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən, insani, milli, bəşəri dəyərlərin məhvinə yönəldilmiş amansız erməni terroru aktlarının bugünkü davamından bəhs edilir.

 

Keçid linki:

https://kievinform.com/archives/11316

https://www.alwasela.com/738838

https://www.dmcnews.org/breaking_news/1915376/نداء-الكاتبة-الأذربيجانية-آفاق-مسعود-لكتاب-العالم

https://news.albraq-news.com/breaking_news/820053/نداء-الكاتبة-الأذربيجانية-آفاق-مسعود-لكتاب-العالم

https://www.iraqnews-in.com/breaking_news/633448/نداء-الكاتبة-الأذربيجانية-آفاق-مسعود-لكتاب-العالم

http://www.ayb.org.tr/index.php/haberler/439-cagri

https://turaz.es/noticias/f/la-escritora-de-azerbaiy%C3%A1n-se-dirigi%C3%B3-a-los-escritores-del-mundo 

 

Dünya yazıçılarına müraciət

Əziz həmkarlarım!

 Sizi bədii yaradıcılığın, böyük ədəbiyyatın başlıca meyarı olan İnsan və İnsanlıq naminə səsinizi ucaltmağa, uzun illər boyu Azərbaycan torpaqlarında törədilən erməni vəhşiliyinə, insani, milli, bəşəri dəyərlərin məhvinə yönələn amansız erməni terroruna “Yox!” deməyə çağırıram! Bu gün 30 ildən çox müddət ərzində işğal altında olan əzəli torpaqları uğrunda döyüşən Azərbaycan ordusuna, onun dinc əhalisini qırmaqla cavab verən məkrli erməni siyasətinin tarixi kökləri hələ ötən əsrin əvvəllərinə – torpaq və ərazi iddiasıyla on minlərlə günahsız azərbaycanlının öz torpaqlarında – şəhər və kəndlərində qətlə yetirildiyi 1905–1906-cı illərə təsadüf edir. XIX əsrin əvvəllərində Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə bağlanmış 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsinin şərtlərinə uyğun olaraq, taleyin qara yazısıyla sonralar Azərbaycana – onun İrəvan xanlığının yerləşdiyi əzəli torpaqlarına (indiki Yerevana) köçürülən, sovet rejimi dövründə həmin ərazidə özünə “Sovet Ermənistanı” dövlətini yaradan bu millətin torpaq və ərazi iddialarıyla Azərbaycanda 1918–1920-ci, 1948–1953-cü, 1988–1994-cü illərdə törətdiyi ən dəhşətli deportasiya və soyqırımlardan biri də 1992-ci ildə Azərbaycanın bütöv bir şəhərinin Yer üzündən silindiyi, qadınların, uşaqların xüsusi işgəncələrlə qətlə yetirildiyi dəhşətli Xocalı soyqırımıdır ki, həmin hadisənin davamı bu gün bütün dünyanın gözü qarşısında uzaqmənzilli raket atəşi zərbələriylə Azərbaycanın böyük şəhərlərində, kənd və rayonlarında həyata keçirilir. Yerli dinc əhali, körpələr, qadınlar, uşaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrinə atılan raketlər və ağır artilleriya zərbələri nəticəsində həyatlarını itirir. Müstəqilliyə yenicə qədəm qoyduğu mürəkkəb 90-cı illərdə ölkədə yaranmış qeyri-stabil ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək Azərbaycanın əzəli torpaqlarının bir hissəsini işğal edən, bu illər ərzində BMT-nin Azərbaycanın ərazi bütövlüyünün tanıdılmasına dair 4 qətnaməsini havadarlarına arxalanaraq saya salmadan, azərbaycanlılara qarşı  çirkin etnik təmizləmə əməliyyatını həyata keçirməyə davam edən erməni vandalların heç bir çərçivəyə, insani, əxlaqi normalara sığmayan əməllərinə hüquqi və obyektiv qiymət verilməsi, dünyanın gözü qarşısında törədilən bu tarixi ədalətsizliyin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsi uğrunda haqq səsinizi ucaltmağınızı xahiş edirəm!

Xocalıda törədilən erməni vəhşiliklərini və Gəncə hadisəsini əks etdirən şəkillər Müraciətə əlavə olunur.  

Afaq Məsud
Azərbaycan yazıçısı

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.