Meksika–Azərbaycan ədəbi əlaqələri davam etdirilir

Meksika–Azərbaycan ədəbi əlaqələri davam etdirilir

     Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini Flores Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı 2021-ci ilin Azərbaycanda elan olunmuş «Nizami Gəncəvi İli» ilə əlaqədar Meksikada və digər Latın Amerikası ölkələrində görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirlər sırasında dahi Azərbaycan şairinin ispan dilinə çevrilmiş əsərlərinin ispandilli ölkələrdə nəşri, yaradıcılığının Meksika Xarici İşlər Nazirliyinin Mədəniyyət diplomatiyası vebsaytı vasitəsi ilə onlayn videokonfranslar formatında müzakirəsinin təşkili məsələləri müzakirə edilib.   

 Səfir: “Dövlət Tərcümə Mərkəzi ilə Meksika səfirliyinin ötən illər ədəbiyyatlararası mübadilələr istiqamətində əməkdaşlığını məhsuldar hesab edirəm. Bu uğurlu iş birliyinin bu il gələn illərdə daha geniş əhatəli şəkildə müxtəlif formatlarda davam etdiriləcəyinə ümid edirəm”.

    Görüşün sonunda qonağa dünya şöhrətli Meksika yazıçısı Karlos Fuentesin Azərbaycan dilinə tərcümə nəşr edilmiş Seçilmiş əsərləri” (ADTM) kitabı təqdim olunub.

Qalereya

VƏ DİGƏR...

  • Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi yanında Tərcümə Agentliyi ilə Gürcüstan Yazıçılar Evinin birgə əməkdaşlığı çərçivəsində Gürcüstan ədəbiyyatının görkəmli siması, şair, yazıçı, dramaturq Vaja Pşavelanın “İlanyeyən” kitabı işıq üzü görüb.

  • Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

    Gürcüstanın populyar “1 TV. Eleqtroliti” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Nüsrət Kəsəmənlinin gürcü dilinə tərcümə olunmuş 

  • Afaq Məsudun “Əziz Ukrayna!” essesi xarici KİV-də Afaq Məsudun “Əziz Ukrayna!” essesi xarici KİV-də

    Bir sıra dünya KİV-ləri – İspaniyanın “Alquiblaweb.com”, İrlandiyanın “Medium.com”, Türkiyənin “Dibace.net”“Edebiyat-vesanatakademi­si.com”“Erikaga-cioyku.com”,  Çexiyanın “Rebuil-dsyria.cz”,