1918-ci ilin mart ha­di­sə­lə­ri sə­nəd­lər­də

1918-ci ilin mart ha­di­sə­lə­ri sə­nəd­lər­də

1918-ci ilin mart ayın­da Ba­kı­da və Azər­bay­ca­nın di­gər yer­lə­rin­də baş ver­miş qan­lı ha­di­sə­lə­rin iş­ti­rak­çı­sı və şa­hi­di ol­muş şəxs­lə­rin xa­ti­rə və qeyd­lə­ri­nin ha­mı­sı, təəs­süf ki, gü­nü­mü­zə qə­dər gə­lib çat­ma­yıb. On­lar­dan bə­zi­lə­ri NKVD tə­rə­fin­dən məhv edi­lib, bə­zi­lə­ri isə hə­lə də üzə çı­xa­rıl­ma­yıb. AMEA Mə­həm­məd Fü­zu­li adı­na Əl­yaz­ma­lar İns­ti­tu­tun­da da bu ba­rə­də ma­te­rial­lar o qə­dər də çox de­yil.

Mir­zə­ba­la Mə­həm­məd­za­də 1920-ci ilin 31 mar­tın­da qan­lı fa­ciənin ikin­ci il­dö­nü­mü mü­na­si­bə­ti ilə “İs­tiq­lal” qə­ze­tin­də çap et­dir­di­yi “Mart gün­lə­ri” mə­qa­lə­sin­də ya­zır­dı: “1918-ci sə­nə­nin qan­lı mart gün­lə­ri Azər­bay­can türk­lə­rin­də oyan­mış is­tiq­lal və hür­riy­yə­ti-mil­liy­yə fik­ri­ni məhv et­mək üçün bol­şe­vik­lər Azər­bay­can mə­bəd­ga­hı­nı bom­bard­man və xəl­qi­ni qı­lınc­dan ke­çir­mə­yə məc­bu­riy­yət hiss et­miş­di və bu yol­da müavi­nət üçün qan­lı daş­nak ban­da­la­rı­na mü­ra­ciət edib, Azər­bay­can ta­ri­xin­də unu­dul­ma­ya­caq qan­lı bir xa­ti­rat bu­rax­mış­dı”.

Qan­lı fa­ciənin şa­hid­lə­ri qır­ğın­da bol­şe­vik­lər­lə er­mə­ni daş­nak­la­rı­nın bir­gə fəaliy­yət gös­tər­dik­lə­ri­ni, azər­bay­can­lı­lar­dan iba­rət ay­rı-ay­rı si­lah­lı dəs­tə­lə­rin düş­mə­nə qar­şı qəh­rə­man­ca­sı­na mü­ba­ri­zə apar­dı­ğı­nı söy­lə­yir­lər. 1918-ci ilin mart ha­di­sə­lə­ri, bir tə­rəf­dən, Azər­bay­can ta­ri­xi­nə bö­yük bir fa­ciə ki­mi düş­müş­sə, di­gər tə­rəf­dən, hər bi­ri­mi­zin if­ti­xar his­si ilə yad et­mə­li ol­du­ğu­muz qəh­rə­man­lıq sə­fi­hə­lə­ri­ni təş­kil edir.

***

Gör­kəm­li ya­zı­çı, şair, ədə­biy­yat­şü­nas Əliab­bas Müz­ni­bin (1882-1938) Əl­yaz­ma­lar İns­ti­tu­tun­da sax­la­nı­lan ar­xi­vin­də­ki cib dəf­tər­çə­sin­də 1918-ci il mart qır­ğı­nı­na dair qeyd­lə­ri diq­qə­ti cəlb edir. “Ba­kı­da mil­lət mü­ha­ri­bə­si. Mü­səl­man ilə er­mə­ni və rus da­va­sı” baş­lı­ğı al­tın­da ge­dən ya­zı­da ha­di­sə­lər baş­lan­dı­ğı saat­dan təs­vir edi­lir: “18 cə­ma­di­yil-axər 1336-və 18 mart (ye­ni təq­vim­lə 31 mart) 1918-ci il yek­şən­bə gü­nü gü­nor­ta­dan son­ra saat beş­də Ba­kı­nın yu­xa­rı mə­həl­lə­si ilə şi­mal cə­hə­tin­də mü­səl­man­lar­la za­hi­rən bol­şe­vik­lər ara­sın­da mü­ha­ri­bə baş­lan­mış­dır. Fə­qət, bu mü­ha­ri­bə­də yal­nız rus­lar iş­ti­rak et­mə­yib, er­mə­ni­lər də­xi şid­dət­li su­rət­də mü­səl­man­la­rın əley­hi­nə fit­va aç­mış­lar. İlk atış­ma­da əhə­miy­yət­li tə­lə­fat ol­ma­mış­dır. O gü­nün ge­cə­si mü­səl­man­la­rı­mız hü­cum edə­rək, bö­yük qa­zar­ma­nı atəş saç­maq­da olan top­lar ilə [bir­lik­də] zəbt et­miş­lər və düş­mən əs­gər­lə­ri­ni Ba­kı­nın şi­mal-şərq cə­hə­ti­nə sı­xış­dır­mış­lar”.

Əliab­bas Müz­nib yal­nız tü­fəng­lər­lə si­lah­lan­mış azər­bay­can­lı­la­rın və on­la­ra yar­dım edən I Dün­ya Mü­ha­ri­bə­sin­də əsir düş­müş türk əs­gər­lə­ri­nin ni­zam­sız dəs­tə­lə­ri­nin şü­caətin­dən fəxr­lə da­nı­şır, qəh­rə­man­lıq nü­mu­nə­lə­ri gös­tər­miş bir sı­ra  şəxs­lə­rin ad­la­rı­nı çə­kir: “Düş­mən­lər Kər­pic­ba­sa­na çə­kil­miş­di­lər. Qa­yət qır­ğın bir hal kəsb edən bu­gün­kü da­va­da şə­hər atı­cı­la­rın­dan Tey­mur bəy, Nə­cəf­qu­lu Rza­qu­lu oğ­lu, nov­xa­nı­lı Mə­həm­məd­hü­seyn, mə­həm­mə­di­li Şi­ru­yə öz dəs­tə­lə­ri­lə iş­ti­rak edir­di. Əsir türk za­bit­lə­ri də on­la­rın yar­dı­mın­da bu­lu­nur­du. Ax­sa­müs­tü mü­səl­man­la­ra məş­ğə­tə­li­lər­lə (maş­ta­ğa­lı­lar­la) kür­də­xa­nı­lı­lar kö­mə­yə gəl­miş­di­lər. Kür­də­xa­nı­lı­la­rın ba­şın­da məş­hur qa­çaq Adil du­ru­yor­du. Mü­səl­man­lar rus və er­mə­ni­lə­ri sı­xış­dır­dıq­dan son­ra  Ta­ğı­ye­vin bö­yük mək­tə­bi­ni əl­lə­ri­nə ke­çir­miş və ora­ya sən­gər yap­mış­lar­dı. Mü­səl­man­lar da­va gör­mə­miş və ni­zam­sız ol­duq­la­rı hal­da, düş­mən­lə­rin yay­lım atəş­lə­ri­nə, pu­lem­yot gül­lə­lə­ri­nə və top atəş­lə­ri­nə si­nə gər­miş­lər”.

Ə.Müz­ni­bin qeyd­lə­ri hə­min gün­lər­də bə­zi Ba­kıət­ra­fı kənd­lər­də baş ver­miş  ha­di­sə­lə­rin ək­si ba­xı­mın­dan da ma­raq­lı­dır: “Ge­cə ya­rı­sı rus və er­mə­ni­lər mə­həm­mə­di­li­lə­rin sa­kin ol­duq­la­rı mə­həl­lə­lə­rə  şəb­xun (ge­cə bas­qı­nı) edib, yat­mış ailə­lə­rə çox tə­lə­fat ver­miş­lər. Bu mə­həl­lə­lər­də bö­yük qəh­rə­man­lar düş­mən­lə­rə si­nə gə­rib, on­la­ra bö­yük zər­bə ye­ti­rən Şi­ru­yə ol­muş­dur. Şi­ru­yə  sübh gü­nəş do­ğa­na qə­dər on­lar­la mü­ba­ri­zə­də bu­lun­muş­dur. Ayın 19-u Ba­kı­nın şi­mal cə­hə­ti tam bir mü­ha­ri­bə şək­li­ni al­mış bir hal kəsb edib­dir. Bu mü­ha­ri­bə­də mü­səl­man­la­rın yal­nız müx­tə­lif tü­fəng və ta­pan­ça ilə mü­səl­ləh ol­duq­la­rı hal­da, rus və er­mə­ni­lə­rin ni­za­mi əs­gər­lə­ri, top, güc­lü pu­lem­yot, əl bom­ba­sı və vin­tov­ka ilə si­lah­lan­mış­lar­dı”.

Ədib gös­tə­rir ki, bu ha­di­sə­lər­də men­şe­vik­lər də bol­şe­vik və er­mə­ni­lər­lə bir­lə­şib mü­səl­man­la­ra qar­şı vu­ru­şur­du­lar. Mar­tın 19-da bü­tün gü­nü dö­yüş­lər da­vam et­miş, mar­tın 20-də sübh ça­ğı rus­la­rın top və pu­lem­yot atəş­lə­ri şə­hə­ri hər tə­rəf­dən çul­ğa­mış­dı. Bom­bard­man­dan bir çox mü­səl­man ev­lə­ri da­ğıl­mış, şə­hə­rə bö­yük zə­rər dəy­miş, hə­min gün çox say­da dinc əha­li qı­rıl­mış­dı.

Müəl­lif gös­tə­rir ki, dö­yüş­lər mar­tın 21-i çər­şən­bə gü­nü sə­hər­dən saat ona qə­dər da­vam edib, saat 11-də er­mə­ni­lər tək­rar el­çi gön­də­rə­rək ba­rı­şıq is­tə­yib və üç şərt irə­li sü­rüb­lər:

1. Bü­tün Ba­kı əha­li­si ra­bo­çi, sol­dat və mat­ros de­pu­tat­la­rı­nın təh­ti-təb­ə­tin­dən ol­sun­lar.

2. Gə­rək mü­səl­man və gə­rək er­mə­ni di­ka­ya (vəh­şi) di­vi­zi­ya­la­rı on­la­rın ida­rə­sin­də ol­ma­lı, ya­xud bü­tün-bü­tü­nə or­ta­dan qal­dı­rıl­ma­lı­dır.

3. Mü­səl­man­la­rın əlin­də olan Ba­kı-Tif­lis və Ba­kı-Pet­rovsk yol­la­rı ap­re­lin 1-nə qə­dər açıl­ma­lı­dır.

Bu şərt­lə­ri hər iki tə­rəf qə­bul et­dik­dən son­ra sülh bər­pa edi­lib.

Qeyd­lər­də ha­di­sə­lər za­ma­nı şə­hə­rə bö­yük xə­sa­rət ye­ti­ril­di­yi, “Cə­miy­yə­ti-xey­riy­yə” bi­na­sı­nın, “Aşıq söz” və “Kas­pi” mət­bəəsi­nin, ba­za­rın bö­yük his­sə­si­nin düş­mən­lər tə­rə­fin­dən yan­dı­rıl­dı­ğı gös­tə­ri­lir.

Müəl­lif gös­tə­rir ki, bir ne­çə gün son­ra, mart ayı­nın 25-də yek­şən­bə ge­cə­si saat 12-də qəf­lə­tən da­ğıs­tan­lı­lar Ba­kı ma­ha­lı­na hü­cum edib bol­şe­vik­lər­lə da­va­ya baş­la­yıb­lar. La­kin bu hü­cum heç bir si­ya­si xa­rak­ter da­şı­mır­dı. Adi bir qa­çaq dəs­tə­si­nin həm­lə­si idi və tez­lik­lə dəf edil­di. 

Gör­kəm­li ya­zı­çı və dra­ma­tur­qu­muz Cə­fər Cab­bar­lı­nın Əl­yaz­ma­lar İns­ti­tu­tun­da sax­la­nan ar­xi­vin­də­ki qov­luq­lar­dan bi­rin­də Ba­kı sa­kin­lə­ri Mə­şə­di Hi­lal Ka­zı­mov və Da­daş Rza­za­də­nin 1918-ci il mart ha­di­sə­lə­ri­nə dair xa­ti­rə­lə­ri­nə rast gə­li­rik. Bu xa­ti­rə­lər bi­la­va­si­tə hə­min za­man düş­mən­lə­rə qar­şı dö­yüş­lər­də iş­ti­rak edən şəxs­lər (son­ra­dan öy­rən­di­yi­mi­zə gö­rə, on­lar qo­çu olub­lar) tə­rə­fin­dən ya­zıl­dı­ğı­na (və ya de­yil­di­yi­nə) gö­rə, ta­ri­xi sə­nəd ki­mi əhə­miy­yət da­şı­yır­lar. Bu qeyd­lər­də qüv­və­lə­rin qey­ri-bə­ra­bər ol­du­ğu mü­ba­ri­zə­də düş­mə­nə qar­şı qəh­rə­man­ca­sı­na dö­yü­şən bir sı­ra azər­bay­can­lı­la­rın ad­la­rı gös­tə­ri­lib.

Keş­lə­li Mə­şə­di Hi­lal Ka­zı­mov qeyd edir ki, ha­di­sə­dən xə­bər tu­tan ki­mi o, Mü­sa­vat fir­qə­si ida­rə­si­nə ge­dib: “Ora­da­kı ar­ka­daş­la­rı­mız­la et­di­yi­miz mü­za­ki­rə nə­ti­cə­sin­də Ni­ko­la­yevs­ki (Par­la­man) cad­də­si­ni sax­la­maq  qət edil­di və mü­da­fiəyə baş­la­dıq. Ət­raf­dan üzə­ri­mi­zə olu­nan hü­cum­la­ra qar­şı dur­duq. O gün saat 5-dən ya­rın sübh saat 4-ə qə­dər şid­dət­li mü­qa­vi­mət­də bu­lun­duq”.

Mə­şə­di Hi­lal İçə­ri­şə­hər uğ­run­da ge­dən şid­dət­li dö­yüş­lər ba­rə­də ya­zır: “...Bi­zə er­mə­ni­lə­rin Qo­şa qa­la qa­pı­sın­dan içə­ri­yə gir­dik­lə­ri­ni xə­bər gə­tir­di­lər. Biz on­la­rı bir hü­cum ilə dı­şa­rı­ya qov­duq. İki qa­pı or­ta­sın­da ufaq-tə­fək ka­şı­dan ya­pıl­mış bir sən­gə­ri-si­pər gö­zü­mü­zə iliş­di. Hər­bi tə­lim və üsu­lun­dan xə­bər­siz ol­du­ğu­muz­dan na­şi, bəd­bəx­ta­nə ora­yı tut­duq və mü­da­fiəyə gir­dik.

Fə­qət, bu mü­da­fiəmiz düş­mə­nin qor­xu­lu hər­biy­yə­si, şid­dət­li hü­cu­mu və 20-30-a qə­dər mün­tə­zəm su­rət­də tər­bi­yə edil­miş ma­ki­na­lı tü­fəng­lə­ri­nin ar­dı-ara­sı üzül­mə­yən atəş­lə­ri qar­şı­sın­da heç də­rə­cə­sin­də gö­rü­nür­dü. Çün­ki, 16-17 nə­fə­rin vin­tov­ka ilə si­lah­lan­ma­sı, tə­bii, tü­fəng­lər­lə olan düş­mən əsa­ki­ri-mün­tə­zə­mə­si mü­qa­bi­lin­də heç bir şey yap­ma­ya­caq­dı. Bu­nun­la bə­ra­bər, bir ad­dım düş­mə­ni irə­li­yə bu­rax­ma­dıq və bu şid­dət­li mü­qa­vi­mət əs­na­sın­da bö­yük rə­şa­dət gös­tə­rən qəh­rə­man yol­da­şı­mız Meh­di­nin ba­şın­dan bir ma­ki­na­lı tü­fəng mər­mi­si isa­bət edə­rək şə­hid ol­du”.

Mə­şə­di Hi­lal Ka­zı­mov Qo­şa qa­la qa­pı­sı önün­də­ki şid­dət­li atış­ma və bu dö­yüş­də özü­nün iş­ti­ra­kı ba­rə­də son­ra ya­zır: “Si­pər qar­şı­sın­da­kı Qo­şa qa­pı­nın şərq cə­hə­tin­də­ki qa­pı­dan “Ara, Ava­nes!” ba­ğır­tı­sı­nı eşit­dim. Si­la­hı­mı dol­du­rub on­la­ra at­maq is­tə­di­yim hal­da, ba­şım üzə­rin­dən bir mər­mi ke­çib di­va­ra dəy­di və bü­tün so­vur­du­ğu qü­ba­rı (to­zu) göz­lə­ri­mə dol­dur­du. Fə­qət, cə­na­bi-həq­qin tov­fi­qi ilə kən­di­mi şa­şır­ma­yıb, hə­mən si­la­hı­mı düş­mə­nə doğ­ru­lat­dım. Si­la­hım­da­kı 5 qur­şun­la düş­mə­nin be­şi­ni ye­rə sər­dim. Ba­ğır­tı­ma qo­çu Əlab­bas Ba­ba­ye­vin bə­ra­də­ri Kər­bə­la­yi Əb­dül­hə­mid gəl­di və mən­dən əh­val sor­du. Mən: “Yar­dım və fi­şəng la­zım­dır!” de­dim. O, isə dər­hal 2 şah­se­vən, 2 türk əsir­lə­rin­dən, 2 şa­ğan­lı, bir kaç nə­fər içə­ri­şə­hər­li­lər­dən top­la­yıb gə­tir­di... Ax­şa­ma qə­dər mü­da­fiədə bu­lun­duq. Düş­mə­ni sü­ku­ta məc­bur et­dik. On­la­rın mə­nə­viy­ya­tı­nı ta­ma­mi­lə qır­dıq. Ar­tıq atış­ma­ya cə­sa­rət edə­mə­di­lər”.

Da­daş Rza­za­də­nin xa­ti­rə­lə­rin­də 1918-ci ilin mart, ap­rel ay­la­rın­da, son­ra­kı vaxt­lar­da Ba­kı­da, Azər­bay­ca­nın di­gər böl­gə­lə­rin­də baş ver­miş ha­di­sə­lər ba­rə­də ma­raq­lı mə­lu­mat­lar var. O, xa­tır­la­yır ki, mart ayı­nın 18-də ax­şam saat beş ra­də­lə­rin­də Verx­ni Pri­yut kü­çə­sin­də, Mi­xay­lov xəs­tə­xa­na­sı­nın ya­nın­da du­rar­kən atış­ma sə­si eşi­dib, ona “bol­şe­vik­lər ilə mü­səl­man­la­rın da­va­sı baş­la­mış­dır”. – de­yib­lər. Sə­hə­ri­si gün atış­ma za­ma­nı bi­lib­lər ki, düş­mən­lər er­mə­ni­lər­dir. Xa­ti­rə müəl­li­fi gös­tə­rir ki, er­mə­ni­lər şə­hər­də vəh­şi­lik­lər tö­rə­dir, dö­yüş­lər­də hiy­lə­gər­lik­lə­rin­dən də qal­mır­dı­lar. “Bir ne­çə də­fə nü­ma­yən­də gön­də­rib sülh tək­lif et­mək, ağ bay­raq çı­xar­maq­la bi­zi al­dat­maq is­tə­di­lər­sə, fə­qət, mü­vəf­fəq ol­ma­dı­lar. Bu min­val­la Əli­xan ilə üç gün-üç ge­cə atış­dıq. Üçün­cü gün mar­tın 21-də ax­şa­müs­tü ba­rı­şıq sö­zü ol­du­ğu­na gö­rə, hər bir tə­rəf­də atəş sü­ku­ta dal­dı­ğı ki­mi, bi­zim mə­həl­lə­də də sü­kut­pə­zir ol­du”.

Da­daş Rza­za­də ya­zır ki, Ba­kı ha­di­sə­lə­rin­dən son­ra bir ne­çə gün Nov­xa­nı kən­din­də xəs­tə ya­tır, bu­ra­da eşi­dir ki, er­mə­ni­lər Qu­ba­da və di­gər yer­lər­də mü­səl­man­la­ra qar­şı vəh­şi­lik­lər tö­rə­dir­lər. O bu­nu eşit­dik­də özü ilə on beş nə­fər gö­tü­rür və Də­və­çi­yə ge­dir. Bu­ra­da on beş gün qa­lır. Bir ge­cə xə­bər ve­rir­lər ki, er­mə­ni­lər mü­səl­man­la­ra əziy­yət ve­rir­lər. Özü­nün de­di­yi ki­mi, doq­quz nə­fər er­mə­ni ca­ni­si­ni ta­pıb mü­səl­man­la­rı on­lar­dan xi­las edir.

D.Rza­za­də ya­zır ki, bir ne­çə gün­dən son­ra Də­və­çi tə­rə­fə eşe­lon­lar­la er­mə­ni­lər gəl­mə­yə baş­la­yır­lar, Də­və­çi­ni top­lar­dan atə­şə tu­tur­lar. Xən­di­qa­nı təh­lü­kə­dən qur­tar­dıq­dan son­ra o, Ba­kı­ya qa­yı­dır. Müəl­lif xa­tır­la­yır: “Bu vaxt­lar qəh­rə­man Os­man­lı türk­lə­ri­nin Şa­ma­xı­ya hü­cum et­mək xə­bə­ri­ni eşit­di­yi­mə gö­rə yed­di nə­fər Os­man­lı əsir­lə­rin­dən gö­tü­rüb Bağ­ça ad­la­nan ye­rə get­dim. Bağ­ça­dan bir nə­fər bə­ləd­çi tap­dım. Məz­kur bə­ləd­çi va­si­tə­si­lə bir mək­tub və əsir­lə­ri os­man­lı­la­ra yol­la­dım. Ora­dan mə­nə bir ne­çə mək­tub gə­lib çat­dı. Mək­tub­la­rı gö­tü­rüb Ba­kı­ya gəl­dim. Bu əh­va­lat­dan  4-5 gün keç­dik­dən son­ra bir ge­cə üç at­lı – kür­də­xa­nı­lı Adil, Möv­süm Sə­li­mov, bir də qey­ri­si ya­nı­ma gə­lib, Mə­rə­zə­yə get­mə­yi mə­nə tək­lif et­di­lər. O vaxt Ba­kı­dan Mə­rə­zə­yə olan yol er­mə­ni­lə­rin əlin­də ol­du­ğu­na gö­rə, bö­yük əziy­yət­lər­lə özü­mü­zü Mə­rə­zə­yə sal­dıq. O vaxt Mə­rə­zə türk­lə­rin əlin­də idi. Mə­rə­zə­də türk­lər­lə bə­ra­bər biz, Mə­həm­məd­hə­sən Ha­cı­za­də, – Ab­bas­qu­lu Ka­zım­za­də və qey­ri­lə­ri Qo­bu kö­yü­nə get­dik”.

Son­ra ya­zır ki, Ba­kı­nın mü­ha­si­rə­si­nə Os­man­lı or­du­su­nun sər­kər­də­lə­rin­dən bi­ri olan Mür­səl pa­şa­nın əm­ri ilə ət­raf kənd­lər­dən əs­gər top­la­maq­la məş­ğul olub.

Bu de­yi­lən­lə­rə onu da əla­və et­mək is­tər­dik ki, Əl­yaz­ma­lar İns­ti­tu­tu­nun əmək­daş­la­rı­nın sə­yi nə­ti­cə­sin­də Mə­şə­di Hi­lal Ka­zı­mo­vun və Da­daş Rza­za­də­nin şəx­siy­yə­ti müəy­yən edi­lib, on­la­rın nə­və­lə­ri ta­pı­lıb. Əmək­daş­la­rı­mı­zın təq­di­mat mək­tu­bu ilə Keş­lə­nin mər­kə­zi kü­çə­lə­rin­dən bi­ri­nə Mə­şə­di Hi­lal Ka­zı­mo­vun adı ve­ri­lib.

AMEA Mə­həm­məd Fü­zu­li adı­na Əl­yaz­ma­lar İns­ti­tu­tun­da sax­la­nı­lan ar­xiv ma­te­rial­la­rı bir da­ha sü­but edir ki, 1918-ci ilin mart ayın­da er­mə­ni­lər bol­şe­vik­lə­rin dəs­tə­yi ilə Ba­kı­nın türk-mü­səl­man əha­li­si­nə qar­şı əsl soy­qı­rı­mı hə­ya­ta ke­çi­rib­lər. La­kin bu ta­rix­də xal­qı­mı­zın cə­sur öv­lad­la­rı qüv­və­lə­rin qey­ri-bə­ra­bər ol­ma­sı­na bax­ma­ya­raq, qəh­rə­man­lıq nü­mu­nə­lə­ri gös­tə­rib, əha­li­ni tam qır­ğın­dan qur­ta­ra bi­lib­lər.

Xal­qı­mı­zın bu qəh­rə­man öv­lad­la­rı­nın hər bi­ri­nin adı­nın üzə çı­xa­rıl­ma­sı, on­la­ra la­yiq­li də­yər ve­ril­mə­si ta­rix­çi­lə­ri­mi­zin, əl­yaz­ma­çı mü­tə­xəs­sis­lə­ri­mi­zin mü­qəd­dəs bor­cu­dur.

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.