Azərbaycan poeziyası Çili ədəbiyyat jurnalında

Azərbaycan poeziyası Çili ədəbiyyat jurnalında

       Çilinin populyar “Aerea”  Revista Hispanoamericana de Poesía” (“Aerea” İspan–Amerikan illik poeziya dərgisi) Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairləri Səməd Vurğunun  “Şair nə tez qocaldın sən?”, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Məmməd Arazın “Əlvida dağlar” şeirlərinə və yaradıcılıqları haqqında məlumata geniş yer ayırıb.

       2001-ci ildən nəşr edilən jurnal İspaniya və Kolumbiyada da geniş oxucu auditoriyası qazanmaqla yanaşı, ABŞ və digər ölkələrin universitetlərində də tədris olunur.

       Azərbaycan şairlərinin şeirlərinin həm Azərbaycan, həm də ispan dilində işıq üzü gördüyü dərgi mütəmadi olaraq Monika Velaskes Qusman, Karlos Aquasakon, Leonel Alvarado, Luis BenitesViktor Koral kimi dünyaca məşhur şairlərin əsərlərinə yer ayırır.

       Dərginin baş redaktoru tanınmış Argentina şairi Daniel Kalabresedir.

 

http://www.aepoesia.com/p/inicio.html 

 

 

 

 

VƏ DİGƏR...

  • “Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab Festivalında “Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab Festivalında

    IV Dnepr Beynəlxalq Kitab Festivalında (“Dnepr Book Space”) dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu il Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimatı keçirilib.

  • “Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında “Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında

    Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu il ukrain dilində Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının Kiyev Beynəlxalq Kitab Festivalında (“Kyiv Book Art Fest”) təqdimatı keçirilib.

  • Nizami Gəncəvi yaradıcılığı Gürcüstan ədəbiyyat portalında Nizami Gəncəvi yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

    Gürcüstanın populyar “İverioni” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar gürcü dilində Tbilisidə işıq üzü görmüş “Leyli və Məcnun” kitabı haqqında məlumata və əsərə yazılmış Ön sözə səhifə ayırıb.