Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstanın “İverioni” nəşriyyatı arasında Memorandum imzalandı

Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstanın “İverioni” nəşriyyatı arasında  Memorandum imzalandı

  Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstanın “İverioni” nəşriyyatı arasında əməkdaşlıq Memorandumu imzalanıb.

   Memorandumda ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamə­tin­də davamlı və konstruktiv əməkdaşlıq – Azərbaycan və Gürcüstan ədəbiyyatlarının qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

 Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və “İverioni” nəşriyyatının direktoru Zaur Naçkebia tərəfindən imzalanıb.

 

VƏ DİGƏR...

  • Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi yanında Tərcümə Agentliyi ilə Gürcüstan Yazıçılar Evinin birgə əməkdaşlığı çərçivəsində Gürcüstan ədəbiyyatının görkəmli siması, şair, yazıçı, dramaturq Vaja Pşavelanın “İlanyeyən” kitabı işıq üzü görüb.

  • Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

    Gürcüstanın populyar “1 TV. Eleqtroliti” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Nüsrət Kəsəmənlinin gürcü dilinə tərcümə olunmuş 

  • Afaq Məsudun “Əziz Ukrayna!” essesi xarici KİV-də Afaq Məsudun “Əziz Ukrayna!” essesi xarici KİV-də

    Bir sıra dünya KİV-ləri – İspaniyanın “Alquiblaweb.com”, İrlandiyanın “Medium.com”, Türkiyənin “Dibace.net”“Edebiyat-vesanatakademi­si.com”“Erikaga-cioyku.com”,  Çexiyanın “Rebuil-dsyria.cz”,