Dövlət Tərcümə Mərkəzinin kitabları Kiyev Milli Linqvistika Universitetinə hədiyyə olundu

Dövlət Tərcümə Mərkəzinin kitabları Kiyev Milli Linqvistika Universitetinə hədiyyə olundu

   Azərbaycan Dövlət Tərcümə Mərkəzi (ADTM) tərəfindən nəşr olunan kitablar Kiyev Milli Linqvistika Universitetinin Türk filologiyası kafedrasına və Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə hədiyyə olunub.

   Mərkəzin hədiyyə etdiyi nəşrlər arasında ikicildlik “Azərbaycan ədəbiyyatı antologiyası”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, Əlimərdan bəy Topçubaşovun  “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq”, “Xocalı şahidləri danışır”, Leyla Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər toplusu, İmadəddin Nəsiminin Ukraynada nəşr olunmuş qəzəllər toplusu, Əhməd Ağaoğlunun "Mən kiməm?" və digər kitablar var.

   Kiyev Milli Linqvistika Universitetinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anastasiya Pojar bildirib ki, Azərbaycan, Türk filologiyası kafedrasının tələbələri üçün çox mühüm və əhəmiyyətli ölkədir: “Universitetimizdə sırf  Azərbaycan dilini öyrənən ayrıca bir qrup var. Tədris prosesinə və Azərbaycan dilinin öyrənilməsinə töhfə verəcək bu nəşrlərə görə Azərbaycan Dövlət Tərcümə Mərkəzinə dərin təşəkkürümüzü bildiririk”.

  Kiyev Milli Linqvistika Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru İntiqam Şıxızadənin sözlərinə görə Universitetin Azərbaycan qrupunun tələbələri  Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixinin öyrənilməsinə böyük maraq göstərirlər: “Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən hədiyyə edilən nəşrlər tələbələrin Azərbaycan, Azərbaycan ədəbiyyatı haqqında daha geniş məlumat əldə etməsinə kömək edəcək, lüğətlər və antologiyalar isə qazanılacaq yeni bilgilər üçün mühüm və etibarlı mənbə olacaq”.

  ADTM-in Ukrayna üzrə layihələrinin məsul katibi Marina Qonçaruk öz növbəsində Mərkəzin müxtəlif ölkələrdə Azərbaycan dili və ədəbiyyatının tanıdılması istiqamətində  bir çox uğurlu  layihələr həyata keçirdiyini  qeyd edib: “Tərcümə Mərkəzi Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin inkişafı üçün böyük səylər göstərir. Hədiyyə olunan bu kitablar Universitetdə gələcək azərbaycanşünasların püxtələşməsinə yaxşı imkanlar yaradacaq”.

 

Qalereya

VƏ DİGƏR...

  • Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında

    Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.

  • Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib: