Fidel Koloma: “Çili–Azərbaycan ədəbi əlaqələrinin qurulması işinə töhfəmizi verməliyik”

İyunun 17-də Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Fidel Koloma Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Çili ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Çili ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.
Cənab Fidel Koloma: “Çili ədəbiyyatının parlaq siması Pablo Nerudanın, eləcə də digər Çili şair və yazıçılarının yaradıcılığının Mərkəz tərəfindən, artıq 90-cı illərdən Azərbaycanda işıqlandırılmasını yüksək dəyərləndiririk. Azərbaycan ədəbiyyatının Çilidə və digər Latın Amerikası ölkələrində yayımlanması işinə də xüsusi önəm veririk. Bu işi Mərkəzlə Çilinin müvafiq strukturları və təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindəyik. Çili Xarici İşlər Nazirliyinin, bilavasitə bu məsələlərlə məşğul olan Mədəniyyət şöbəsinin də bu layihələrə cəlb edilməsini vacib bilirik”.
Görüşün sonunda qonağa Pablo Nerudanın “Ümidsizlik nəğməsi” kitabı təqdim edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş “Elektron poçt sifarişi” hekayəsinin yayınına başlayıb...
-
Ernest Heminqueyin “Seçilmiş əsərləri” nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin “Seçilmiş əsərləri” işıq üzü görüb.
-
“Xosrov və Şirin”in yeni tərcümədə nəşri ədəbi ictimaiyyətə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Nizami Gəncəvi ili” münasibətilə dahi Azərbaycan şairinin “Xosrov və Şirin” poemasının yeni filoloji tərcüməsi Milli Kitabxanada ictimaiyyətə təqdim olundu.