Nizami Gəncəvinin “Leyli və Məcnun”u Kiyevdə təqdim olundu

Dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ukrain dilində Ukraynada ərsəyə gətirilmiş “Leyli və Məcnun” kitabının Ukrayna Milli Ədəbiyyat Muzeyində təqdimat mərasimi keçirilib. Tədbirdə Ukraynanın tanınmış elm və ədəbiyyat adamları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ukrayna Şərqşünaslıq İnstitutunun direktoru Aleksandr Boqomolov, tanınmış şərqşünas-alim Qriqori Xalimonenko, Ukrayna Milli Elmlər Akademiyası Ukrayna Dili İnstitutunun direktoru, professor Pavel Qriçenko, tanınmış dramaturq, professor Larisa Xorelets, Ukrayna Tərcüməçilər Birliyinin rəhbəri Sergey Borşevski, “Yaroslav Val” nəşriyyatının direktoru, tanınmış şair Svetlana Koronenko, Kiyev-Moqilyanski Akademiyası Milli Universitetinin professoru Fərhad Turanlı, Ukrayna Kitab İnstitutu Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Darina Stepanyuk çıxış edərək, dahi şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər. İlahi sevginin tərənnümünə, ədalətli cəmiyyət arzularının gerçəkləşməsinə xidmət edən bu böyük poeziyanın bu gün də öz aktuallığını qoruyub saxladığı, özünə əbədi, ümumbəşəri maraq və sevgi qazandırdığı bildirilib. Dövlət Tərcümə Mərkəzinin “Elm, təhsil və mədəniyyət idarəsi”nin rəhbəri, yazıçı Etimad Başkeçid Nizami Gəncəvinin 880 illik yubileyinə təsadüf edən 2021-ci ilin Azərbaycanda “Nizami İli” elan olunduğunu qeyd edib, dahi şairin əsərlərinin insana və Allaha sonsuz sevgiylə dolu olduğundan, bu zəngin söz xəzinəsinin tarix boyu, dilindən və dinindən asılı olmayaraq, dünya xalqları tərəfindən sevilərək öyrənildiyindən danışıb. Tanınmış şərqşünas-alim, nizamişünas, professor Qriqori Xalimonenko Nizami irsinin Ukraynada tədqiqindən, Azərbaycan klassik ədəbiyyatının dünya poeziyasına təsirindən söz açıb. Kitabın yaxın günlərdə ölkə kitabxanaları və universitetlərinə yerləşdiriləcəyi bildirilib.
Tədbirin sonunda layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Ukrayna Milli Ədəbiyyat Muzeyinin direktoru Qalina Sorokeyə, “Yaroslavov Val” nəşriyyatının bir qrup əməkdaşına, layihənin koordinatoru Marina Qonçaruka və kitabın redaktoru Qriqori Quseynova Dövlət Tərcümə Mərkəzinin diplomları təqdim olunub.
Yaxın günlərdə Ukraynanın zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabı ukrain dilinə görkəmli Ukrayna şairi, tərcüməçi Leonid Pervomayski tərcümə edib. Kitabın redaktoru – Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı Qriqori Quseynov, Ön sözünün müəllifi – görkəmli Ukrayna şərqşünası, alim Aqafangel Krımskidir.
Qalereya
VƏ DİGƏR...
-
Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.
-
Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib: