“Nərgizlə Nigarın nağılları” kitabı nəşr olundu

“Nərgizlə Nigarın nağılları” kitabı nəşr olundu

    Azərbaycanın Xalq yazıçısı Hüseyn Abbaszadənin “Nərgizlə Nigarın nağıl­ları” kitabı işıq üzü görüb.

    Uşaq auditoriyasının mütaliəsi üçün Azərbaycan, ingilis və rus dilində ərsəyə gətirilmiş kitaba yazıçının, sevimli nəvələri – Nərgiz və Nigar haqqında qələmə aldığı “Nərgiz və Nərgiz gülü”, “Babaya hədiyyə”, “Yeriyən yarpaqlar”, “Qumru quşunun balaları”, “Bir parça çörək”, “Meşədə”, “Nənə uşaq olanda”, “Ağaclar yanır”, “İlan”, “Ayı balası”, “Volan və yalan” hekayələri daxil edilib.

    Kitabın redaktoru Bəhlul Abbasovdur.

    Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib. 

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 “Libraf”

“Kitabevim.az”

 “Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

 

 

VƏ DİGƏR...

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:

  • “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu

    Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.

     

     

  • Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...