Məmməd Araz yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında

Məmməd Araz yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında

 Qazaxıstanın populyar “Adebiportal. kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə”  layihəsi çərçivəsində Azərbaycan Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə edilmiş “İlhamım”, “Od kimi, su kimi” şeirlərinə və ədibin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

  Şeirlərin rus dilinə tərcümə müəllifi – Rusiyanın tanınmış şairi və tərcüməçisi Nikolay Qoroxovdur.

    Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənən “Adebiportal.kz” müntəzəm olaraq, səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voynic, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

 


 https://adebiportal.kz/ru/blogs/view/5331

 

 

VƏ DİGƏR...

  • Qismətin şeirləri Avstriya portalında Qismətin şeirləri Avstriya portalında

    Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.