“Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında

“Leyli və Məcnun” Beynəlxalq Kitab Festivalında

   Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu il ukrain dilində Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının Kiyev Beynəlxalq Kitab Festivalında (“Kyiv Book Art Fest”) təqdimatı keçirilib.

 Tədbiri tanınmış Ukrayna yazıçısı, tərcüməçi, Əməkdar incəsənət xadimi Aleksey Kononenko açaraq, Nizaminin zəngin ədəbi irsi haqqında, Azərbaycan Tərcümə Mərkəzinin Ukrayna–Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışıb: “Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Leyli və Məcnun” poemasını ukrain dilində Ukraynada nəşr etməklə dahi Nizaminin zəngin ədəbi irsinin Ukraynada yaxından tanıdılması və dərindən öyrənilməsinə yönəldilmiş dəyərli bir layihə həyata keçirib. Bu il 880 yaşı qeyd edilən böyük şairin əsərlərinin yenidən dünyaya ayaq açması, bəşəri mənəvi dəyərlərin gündəmə gətirilməsinə, ümumilikdə insanlığın ruhi dünyasının zənginləşməsi və saflaşmasına xidmət edən tarixi zərurətdir”.

 Mərkəzin Ukrayna təmsilçisi Marina Qonçaruk nəşr haqqında ətraflı danışaraq kitaba, məşhur ukraynalı türkoloq-alim Aqafangel Krımskinin Nizami yaradıcılığının geniş və dərin təhlilini verən “Nizami və müasirləri” monoqrafiyasından parçaların da daxil edildiyi və əsərin artıq ölkənin mərkəzi kitabxanalarından əldə edilə biləcəyi barədə məlumat verib.

  Festival çərçivəsində “Leyli və Məcnun” kitabı ilə yanaşı, Dövlət Tərcümə Mərkəzinin ukrain dilində Ukraynada ərsəyə gətirdiyi digər nəşrlər də – “Müasir Azərbaycan poeziyası antologiyası”, İmadəddin Nəsimi “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum...”), Salam Sarvan “І потонути неможливо, неглибокий цей світ...” (“Boğulmaq da olmur, dayazdı dünya”), Leyla Əliyeva “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) sərgilənib.

   

 

Qalereya

VƏ DİGƏR...

  • Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi yanında Tərcümə Agentliyi ilə Gürcüstan Yazıçılar Evinin birgə əməkdaşlığı çərçivəsində Gürcüstan ədəbiyyatının görkəmli siması, şair, yazıçı, dramaturq Vaja Pşavelanın “İlanyeyən” kitabı işıq üzü görüb.

  • Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

    Gürcüstanın populyar “1 TV. Eleqtroliti” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Nüsrət Kəsəmənlinin gürcü dilinə tərcümə olunmuş 

  • Afaq Məsudun “Əziz Ukrayna!” essesi xarici KİV-də Afaq Məsudun “Əziz Ukrayna!” essesi xarici KİV-də

    Bir sıra dünya KİV-ləri – İspaniyanın “Alquiblaweb.com”, İrlandiyanın “Medium.com”, Türkiyənin “Dibace.net”“Edebiyat-vesanatakademi­si.com”“Erikaga-cioyku.com”,  Çexiyanın “Rebuil-dsyria.cz”,