Dövlət Tərcümə Mərkəzi ilə Çilinin “RIL editores” Nəşriyyat Evi arasında Memorandum imzalandı

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Çili Respublikasının “RIL editores” Nəşriyyat Evi arasında ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində davamlı və konstruktiv əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandumda Azərbaycan və ispandilli ədəbiyyatların qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi və nəşri, kitablara dair təqdimatların, dəyirmi masa və onlayn-konfransların təşkili, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.
Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud və “RIL editores” Nəşriyyat Evinin direktoru, tanınmış şair Daniel Ernesto Kalabrese tərəfindən imzalanıb.
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş