“Leyli və Məcnun” Lvov Beynəlxalq Kitab Forumunda

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabı XXVIII Lvov Beynəlxalq Kitab Forumunda (“Lvov Book Forum”) forum iştirakçılarına təqdim olunub. Ukrayna Mədəniyyət Fondu, Lvov Şəhər Şurası və Lvov Regional Dövlət İdarəsinin dəstəyi ilə keçirilən “Lvov Book Forum” təkcə Ukraynanın deyil, Mərkəzi və Şərqi Avropa üzrə keçirilən ən böyük kitab forumları siyahısındadır.
Proqram çərçivəsində 80-ni onlayn olmaqla, 160 tədbirdə 21 ölkədən 250-dən çox müəllif, naşir, tərcüməçi və mədəniyyət menecerləri iştirak edib. 50 mövzuda dəyərli masa və müzakirələr təşkil edilib.
Forumun builki fəxri qonağı – Polşa yazıçısı, Nobel mükafatı laureatı Olqa Tokarçuk, xüsusi qonağı – Auşvits əsir düşərgəsindən bəhs edən məşhur “Seçim” kitabının müəllifi 93 yaşlı psixoloq Edit İva Eger olub.
Forum çərçivəsində təqdimatı keçirilən “Leyli və Məcnun” kitabı ilə yanaşı, tədbirdə Nizami Gəncəvinin zəngin ədəbi irsindən, ukrain dilinə tərcümə olunmuş əsərlərinin Ukraynada tədqiqindən, Nizami şeiriyyətinin ukrain dilinə verdiyi töhfələrdən söz açılıb, ukrain dilində Ukraynada ərsəyə gətirilmiş “Müasir Azərbaycan poeziyası antologiyası”, İmadəddin Nəsiminin “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum...”), Salam Sarvanın “І потонути неможливо, неглибокий цей світ...” (“Boğulmaq da olmur, dayazdı dünya”) və Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabları sərgilənib.
Qalereya
VƏ DİGƏR...
-
Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:
-
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.