Fidel Koloma: “Ədəbi mübadilələrin onlayn formatda qurulması qarşımızda duran ən önəmli məsələlərdən biridir”

Çili Respublikasının Azərbaycanda müvəqqəti işlər vəkili cənab Fidel Koloma Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Azərbaycan–Çili ədəbiyyatlararası əlaqələr istiqamətində qarşıda duran vəzifələr, ədəbi mübadilələrin onlayn formatda təşkili məsələləri müzakirə edilib.
Fidel Koloma: “Azərbaycan yazıçılarının, xüsusilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin, hikmətli kəlamlarının Çili oxucularına, Çili yazarlarının əsərlərinin Azərbaycan oxucularına daha operativ şəkildə, onlayn formatda çatdırılması ədəbiyyatlararası mübadilələrin intensivliyinə öz müsbət təsirini göstərəcək. Hazırda səfirliyimizdə bu istiqamətdə işlər gedir, Azərbaycan yazıçılarının əsərlərinin Çili ədəbiyyat portallarında yerləşdirilməsi üçün müvafiq araşdırmalar aparılır. Bu layihənin xalqlarımız arasında dostluq və anlaşma körpülərini yaradacağına, hər iki ölkənin ədəbi-mədəni həyatına əlamətdar töhfələr verəcəyinə əminik”.
Qalereya
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş