Tərcümə Mərkəzi ədəbi gənclik üçün “Yeni Söz” mükafatı təsis etdi

Tərcümə Mərkəzi ədəbi gənclik üçün “Yeni Söz” mükafatı təsis etdi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc istedadların aşkar edilməsi və beynəlxalq müstəvidə tanıdılması məqsədi ilə Azərbaycan dilində yazılmış poeziya, nəsr, esseistika nümunələri üzrə “Yeni Söz” adlı Ədəbi Yaradıcılıq Mükafatı təsis edib. Müsabiqəyə ədəbi yaradıcılıqla məşğul olan 35 yaşınadək gənclərin əsərlərinin qəbul ediləcəyi nəzərdə tutulur.

Əsərlərin qəbuluna bu ilin oktyabr ayının 2-sindən başlanacaq. 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.