Zərdüşt Şəfizadənin hekayəsi ərəb portallarında
Əlcəzairin populyar "Alharir.info", Küveytin "Fikr hur", İraqın "Fikr hur", Misirin "Navadir əl-Ərəb əl-Cəmilə", Mərakeşin "Xəbər əl-Yaum" xəbər, mədəniyyət portalları və feysbuk səhifələri Dövlət Tərcümə Mərkəzinin "Ən yeni Azərbaycan ədəbiyyatı" layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Zərdüşt Şəfizadənin ərəb dilinə tərcümə olunmuş "Sonuncu çiçək dükanı" hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi - ərəb dili mütəxəssisi Fərid Camalovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, David Cozef Şvarts, Stiven Kovi, Robert Toru Kiyosaki kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Zərdüşt Şəfi
• 1986-cı ildə anadan olub;
• 2005-ci ildən hekayə və esseləri dövri mətbuatda dərc olunub;
• 2009-cu ildə "İlin gənc yazıçısı" mükafatına layiq görülüb;
• "Başqa adamlar" adlı ilk kitabı 2011-ci ildə işıq üzü görüb;
• 2012-ci ildə qan xərçəngi xəstəliyindən vəfat edib.
fikr7or.com/قصة-قصيرة-آخِر-محل-لبيع-الزهور | |
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Venesuela şairinin kitabı X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olundu
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Xurşidbanu Natəvan yaradıcılığı İrlandiya portalında
İrlandiyanın məşhur “EU Reporter” mədəniyyət və xəbər portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...