Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdi
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş “Qətl günü” (Yusif Səmədoğlu), “Beş dəqiqə və əbədiyyət” (Elçin) və “Əfsanənin ikinci həyatı” (Elvira Araslı) kitablarının təqdimat mərasimi keçirilib.
Mərkəzin Rusiya, Belarus və Ukrayna ilə ədəbi əlaqələr üzrə koordinatoru Püstə Axundova tədbiri giriş sözü ilə açaraq Dövlət Tərcümə Mərkəzi ilə Rusiya Tərcümə İnstitutunun sıx əməkdaşlıq əlaqələrindən, Rusiya-Azərbaycan ədəbiyyatlararası mübadilələr istiqamətində ötən il ərsəyə gətirilən layihələrdən danışıb.
Rusiya Tərcümə İnstitutunun direktoru, tanınmış şair Yevgeni Rezniçenko Rusiya ədəbiyyatının Azərbaycanda, eləcə də Azərbaycan ədəbiyyatının Rusiyada tanıdılması işinə əlamətdar töhfələr vermiş Mərkəzin fəaliyyətini yüksək dəyərləndirərək bu qarşılıqlı məhsuldar əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçilər Mahir Qarayev və İmir Məmmədli, filologiya elmləri doktoru, professor Telman Cəfərov və digərləri Rusiyada işıq üzü görmüş kitablarda yer almış əsərlərin mövzu aktuallığı, bədii məziyyətləri haqqında fikirlərini bölüşüblər.
Tədbirdə iştirak edən Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova və Xalq yazıçısı Yusif Səmədoğlunun qızı Humay Vəkilova ərsəyə gətirilən kitablara görə ailələri adından Rusiya Tərcümə İnstitutu və Dövlət Tərcümə Mərkəzinə təşəkkürlərini bildiriblər.
VƏ DİGƏR...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...