Tərcümə Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı səfirliyi ilə əməkdaşlığın təməlini qoydu

Tərcümə Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı səfirliyi ilə əməkdaşlığın təməlini qoydu

İyunun 10-da Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Musaid bin İbrahim bin Abdullah əs-Səlim Tərcümə Mərkəzində oldu. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyətindən, qısa müddət ərzində görülən işlər, beynəlxalq aləmdə genişləndirilən əlaqələr, həmçinin, ərəb ədəbiyyatından edilmiş tərcümələr, ərəb dünyasına, ədəbiyyatına və mədəniyyətinə olan böyük maraqdan danışaraq, səfiri Mərkəzin nəşrləri ilə tanış etdi.

Cənab səfir Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinin hər sahədə möhkəmlənməsindən danışaraq, bu münasibətlərdə ədəbiyyatın, tərcümə sənətinin xüsusi rolunu qeyd etdi:

“Əminik ki, ay yarım bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfəri mədəniyyət və ədəbiyyat sahəsində də əlaqələrin yenidən dirçəlməsinə kömək edəcək. Bildiyimə görə, Azərbaycan dilində 5 mindən çox ərəb sözü var. Həmçinin, ərəb dilinin Quran dili olması, bu dili şərəfləndirən bir məqamdır. Azərbaycan müsəlman ölkəsi olduğundan, bu dil sizin ölkə üçün də mühüm əhəmiyyətə malikdir”.

Daha sonra səfir Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Tərcümə İdarəsi ilə əməkdaşlığa dair Memorandumu Mərkəzin direktoruna təqdim edərək, həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan nümayəndələrindən ibarət müştərək Komissiya yaradılması təklifini irəli sürdü:

“Bu Komissiya hər iki ölkənin ədəbiyyatından dəyərli nümunələri seçib, Azərbaycan dilindən ərəbcəyə, həmçinin, ərəb dilindən Azərbaycan dilinə tərcüməsinin həyata keçirilməsini təşkil edə və bununla da, müştərək layihələrimizə köməklik göstərə bilər. Tərcümə çox həssas prosesdir. Hər iki tərəfdən nəzarət güclü olmalıdır. Xüsusilə də, bədii ədəbiyyatların tərcüməsində. Səudiyyə Ərəbistanının bu sahədə böyük təcrübəsi var. Ən təcrübəli dil mütəxəssisləri ilə əməkdaşlıq edirik. Buna baxmayaraq, onların da fəaliyyətinə müvafiq qurumlar nəzarət edir”.

Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində hazırlanmış nəşrlər kataloqu təqdim edildi.



Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.