"Açıq kitab" gənclərin onlayn mütaliəyə marağını artırır

"Açıq kitab" gənclərin onlayn mütaliəyə marağını artırır

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə müxtəlif məzmunlu və formatlı kitablarla yanaşı, öz yeni nəşrlərinin də onlayn versiyasını oxucularına təqdim edir.

Onlayn mütaliəçilər bu nəşrləri kitabxanalara və kitab mağazalarına yollanmadan, öz evlərində, yolda və səfər zamanı oxuya bilərlər. Bunun üçün heç bir xüsusi qeydiyyata ehtiyac yoxdur, www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları" bölümünə daxil olmaq bu asan mütaliə xidmətindən yararlanmaq üçün kifayətdir.

Xatırladaq ki, bu kitabxana vasitəsi ilə yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatlar, lüğətlər, tədris və dərs vəsaitləri, müasir və klassik bədii ədəbiyyat nümunələri ilə  yanaşı, mütəmadi olaraq, "Xəzər" dünya ədəbiyyatı jurnalının, "Aydın yol" ədəbi-ictimai qəzetinin onlayn versiyalarını da izləmək, həmçinin bir sıra dünya kitabxanalarına daxil olmaq mümkündür. 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...