"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı işıq üzü görüb

"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı işıq üzü görüb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (2/2015) sayı işıq üzü görüb.

Jurnalın bu sayında:

* Nobel mükafatı laureatı Kamilo Xose Selanın nobel nitqi və "Paskual Duartenin ailəsi" romanı;

* Amerika şairi Enn Sekstonun şeirləri;

* İngilis yazıçısı İen Makyuenin "Boltype" jurnalına verdiyi müsahibə və "Şkaf-adamla söhbət" hekayəsi;  

* "Tarixin axarını dəyişən məktublar" başlığı altında Türk xaqanlarının yazışmaları;

* Con Perkinsin "Killerin etirafları" kitabından parçalar;

* Yuri Kuznetsovun şeirləri;

* Çağdaş Misir ədəbiyyatından İhsan Abdul-Qaddusun "Avtobus oğrusu" novellası;

* Ejen İoneskonun "Dörd nəfərlik səhnə" pyesi;

* Müasir İsveç ədəbiyyatı və teatrının banisi Avqust Strindberqin "Vicdan əzabı" hekayəsi;

* İvan Zaxaryinin (Yakunin) "Şeyx Şamil" memuarı;

* Uruqvay yazıçısı Mario Benedettinin "Yaxın sahil" romanı və digər maraqlı yazılar təqdim olunur.

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...