“Aydın yol” qəzeti

"Aydın yol" qəzeti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik mətbu orqanıdır. Qəzet iyirmi dörd səhifə həcmində dərc olunur. Qəzetin səhifələrində bədii ədəbiyyat nümunələrinə, dünya ədəbiyyatından tərcümələrə, humanitar-ictimai problemlərdən bəhs edən publisistik məqalələrə, eləcə də, tərcümə işinə dair mütəxəssis araşdırmalarına yer verilir.

"Aydın yol" qəzeti oxucularına həm də ölkənin tanınmış ədəbi-ictimai simalarının yaradıcılıq nümunələrini və maraqlı müsahibələr təqdim edir. Qəzetin saytı da fəaliyyət göstərir.

Qəzetin baş redaktoru Yaşar Əliyevdir. 

VƏ DİGƏR...