Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Galindo: “Azərbaycan ədəbiyyatı bütün ispandilli ölkələrdə tanıdılmalıdır”

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Galindo: “Azərbaycan ədəbiyyatı bütün ispandilli ölkələrdə tanıdılmalıdır”

İyunun 9-da Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili xanım Marta Galindo Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı Səfirliyinin birgə layihəsi olan “Əvvəl dəniz vardı” (10 Kolumbiya şeiri) antologiyasının təqdimat mərasimi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Azərbaycan oxucusunun Latın Amerikası, o cümlədən Kolumbiya ədəbiyyatına marağından danışıb. O, xüsusən dünya şöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin əsərlərinin ölkəmizdə çox sevildiyini diqqətə çatdırıb. A.Məsud “Əvvəl dəniz vardı” antologiyasında yer alan şeirlərin də yüksək bədii dəyərə malik olduğunu qeyd edib.

Öz növbəsində Marta Galindo Azərbaycan kitabxanalarında Markes yaradıcılığına olan maraqdan məmnunluğunu ifadə edib və bu böyük yazıçının “Patriarxın payızı” romanının hələ 1990-cı illərdə Tərcümə Mərkəzində kitab halında nəşr olunmasını ciddi hadisə adlandırıb. M. Qalindo qeyd edib ki, Azərbaycan ədəbiyyatı da bütün ispandilli ölkələrdə tanıdılmalıdır. 

Bundan sonra qonağa Tərcümə Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Görüş zamanı layihənin davamı kimi, Azərbaycan şairlərinin şeirlərinin də ispan dilinə tərcümə olunaraq, Kolumbiyada nəşri məsələsi müzakirə  olunub.

İlkin mərhələdə poeziya nümunələrinin sətri tərcümələri hazırlanacaq. İşin keyfiyyətini təmin etmək üçün sonrakı proses dil daşıyıcılarının – ispandilli şairlərin iştirakıyla aparılacaq. Eyni zamanda azərbaycanlı və kolumbiyalı nasirlərin əsərləri də bu müştərək layihəyə cəlb olunacaq.


 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.