Yunus Əmrə Mərkəzinin direktoru Tərcümə Mərkəzində

Yunus Əmrə Mərkəzinin direktoru Tərcümə Mərkəzində

Fevralın 8-də Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru cənab İbrahim Yıldırım Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Mərkəzin Türkiyə ədəbiyyatı üzrə gördüyü işlərdən – əsərləri zaman-zaman Azərbaycan dilinə çevrilmiş və qurumun “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilmiş Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Səid Faiq Abasıyanıq, Xalidə Ədib Adıvar, Haldun Tanər, Orhan Pamuk, Osman Çeviksoy, Səbahəddin Əli, Bəkir Yıldız, Camal Şakar kimi türk ədiblərinin Azərbaycanda tanıdılması və sevilməsi, həmçinin ötən il təqdimatı Ankarada baş tutan ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”ndan söz açılıb.

Mərkəzin direktoru A.Məsud qonağa, hazırda tərcüməsi artıq başa çatdırılmış və bu ilin aprel ayında işıq üzü görməsi nəzərdə tutulmuş “Türk ədəbiyyatı antologiyası” kitabı haqqında da məlumat verib, bu istiqamətdə işlərin genişləndiriləcəyini qeyd edib.

Rəhbərlik etdiyi qurumun başlıca qayəsinin türk ədəbiyyatının dünyada tanıdılması olduğunu bildirən cənab İbrahim Yıldırım Azərbaycanda ilk dəfə işıq üzü görəcək “Türk ədəbiyyatı antologiyası” kitabının Mərkəz tərəfindən ərsəyə gətirilməsini yüksək dəyərləndirib:

– Ədəbiyyat, xalqlarımız arasında olan sevgini, birliyi, doğmalığı, qardaşlığı daha aydın və rahat büruzə verən nəcib bir körpüdür. Azərbaycan ədəbiyyatının Türkiyəyə, Türkiyə ədəbiyyatının Azərbaycana daşınması və sevdirilməsi xalqlarımız arasında olan bu sevgini və qardaşlığı daha da möhkəmləndirir. Bu mənada Mərkəzin ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi işlər təqdirəlayiqdir. Bu gün 56 ölkədə Yunis Əmrə Türk Mədəniyyəti Mərkəzinin nümayəndəliyi fəaliyyət göstərir. Odur ki, mərkəzlərimiz arasında faydalı əməkdaşlıq üçün kifayət qədər perspektivlər və imkanlar var. 

Görüşdə, həmçinin, Türkiyə-Azərbaycan ədəbiyyatları arasında mübadilələrin davamı olacaq növbəti layihələr müzakirə olunub. 

Görüşün sonunda Yunus Əmrə Türk Mədəniyyəti Mərkəzinin qədim türk tarixi motivlərini özündə əks etdirən hədiyyəsi A.Məsuda təqdim olunub. 

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.